Öpüş xəstəliyi - Mononükleoz

Öpüş xəstəliyi - Mononükleoz


Hamiləlik dövründən sonra ailənin yeni üzvü olan körpəniz hər kəsin maraq mərkəzinə çevrilir. Ailə böyükləri, qohumlar, yoldaşlar, qonşular bir-bir körpənizi görməyə gəlir. İş elə vəziyyətə gəlib çatır ki, çox vaxt ana-ata körpəyə həddən artıq göstərilən bu maraqdan narahat olur. Əslində valideynlərə haqq verməmək mümkün deyil. Ancaq bu kiçik və sevimli varlıqlar elə şirindir ki, heç fərqində olmadıqları halda bir anda hamının diqqət mərkəzinə çevrilirlər. Yeni doğulmuş körpələrə həddindən artıq maraq göstərmək bir müddət sonra körpəyə zərər verməyə başlaya bilər. Körpənin hər gələn tərəfindən öpülməsi, toxunulması, sevilməsi körpənizin xalq dilində öpüş xəstəliyi olaraq bilinən Enfensioz Mononükleoza yaxalanmasına səbəb ola bilər. Buna görə də bu mövzunu diqqətlə oxumanızı tövsiyyə edirik. Enfensioz Mononükleoz Ebstein-Barr virusu ilə ortaya çıxan yoluxucu bir xəstəlikdir. Ailə içində yoluxa bilən bu xəstəliyin xüsusi bir müalicəsi yoxdur. Öpüş xəstəliyində virusun kürt dövrü təxminən 10-60 gündür. Öpüş xəstəliyinin əlamətləri: - Qızdırma, həddən artıq halsızlıq və iştahsızlıq, - Boyunda ağrılı limfa pərdəsinin şişməsi, - Əzələ ağrısı, - Burun tutulması, sinə ağrısı, - Müayinə ilə fərq edilən dalaq böyüməsi. Öpüş xəstəliyinin müalicəsi: Xəstəliyin xüsusi bir dərmanı yoxdur. Lakin evdə yataq rejimi xəstəliyin tez aradan qaldırılmasını təmin edir. Xəstəlik əlamətləri görüldüyü zaman mütləq həkimlə məsləhətləşmək lazımdır.
Cəmi 960 nəfər oxuyub
Bəyənən (195) | Bəyənməyən (196)
Dostlarınla Paylaş

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024