Uşaqların nəfəsini kəsən 3 problem

Uşaqların nəfəsini kəsən 3 problem


Laringomalazi: Nəfəs yolunun başındakı qırtlaq deyilən bölgənin inkişaf etməməsi nəticəsində meydana gəlir. Göyərmələr, nəfəs darlıqları olur və körpələrdə çox rast gəlinir. Çox vaxt "böyüyüncə keçər" deyilən ağır formalarında uşağın ölümünə səbəb olur.Doğuşdan burun dəliyinin bağlı olması: 24-25 min canlıdan bir rast gəlinir. Türkiyədə ildə 15-20 dənə belə uşaq doğulur. Bəzən iki burun dəliyi də tıxalı ola bilir.Doğuşdan nəfəs borusunun darlıqları: Tez-tez görülə bilir. Uşaq doğular-doğulmaz əməliyyat edilməsi lazım olanları da var. Bu problem çox asan həll oluna bilir. Uşaq soyuqdəymə və ya qrip oldusa, hava yolunda şiş inkişaf etdisə, ciddi tənəffüs çətinliyi varsa, nəfəs borusu dardırsa, problem olub-olmadığına baxmaq lazımdır. Uşaqlarda ən çox tənəffüs çətinliyinə gətirib çıxaran problemlərdən biri də artıq ətdir. Bütün dünyada ən sıx edilən əməliyyatdır, artıq əti götürürlər. Bəzən də xəstələr burun tıxanıqlığı ilə həkimə gəlirlər, boş yerə müalicə edirlər. Boşuna dərman istifadə etmək məcburiyyətində qalırlar. Amma əslində bu, artıq ətdir.Köhnədən uğurlu şəkildə müalicə edilə bilməyən "anadangəlmə ürək anomaliyaları" artıq çox müvəffəqiyyətli bir şəkildə müalicə edilir və bu problemlə doğulan körpələr həyata başlaya bilir. Uzun müddət reanimasiyada yatıb tənəffüs cihazına bağlı olması lazım olan bu körpələrin tənəffüs cihazına bağlı şəkildə ağızdan balon qoyulmaqla nəfəs alması nəticəsində hava yolu darlıqları inkişaf edə bilir.Belə körpələrin vəziyyətlərinin daim nəzarətdə saxlanması lazımdır. Əks halda həyat boyu boyunlarına açılan dəlikdən nəfəs almaq məcburiyyətində qala bilirlər.
Cəmi 878 nəfər oxuyub
Bəyənən (178) | Bəyənməyən (197)
Dostlarınla Paylaş

Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023