2 aylıq körpənin qidası,baxımı və inkişafı

2 aylıq körpənin qidası,baxımı və inkişafı


anda gözləmədiyiniz bir hərəkət edə bilər; buna görə körpənizi diqqətlə izləməlisiniz. Məsələn, altını dəyişdirərkən və ya beşik uzana biləcəyi bir yerə yaxın dayanırsa, gözünə kəsdirdiyi obyekti tutub özünü çəkə və beşiklə birlikdə yerə diyirlənə bilər. Əgər körpəniz yerə düşsə, sakit olmağa çalışın. Düşmə bütün körpələrin başına ən az bir dəfə gəlir. Edəcəyiniz ilk iş dərhal uşaq həkiminizi axtarmaq olmalıdır. Böyük bir ehtimalla ilk qorxusu keçdiyi zaman bir şeyi olmadığını görəcəksiniz, ancaq nadir hallarda daxili qanama kimi problemlər ortaya çıxa bilər. Həkiminiz sonrakı 24 saat içində nələrə diqqət yetirməniz lazım olduğunu sizə izah edəcək. Bu ay yuxu barəsində də da fərq olacaq. Siz tam bir "dəhşətə" çevrildiyinizə inanmışkən, bir də baxacaqsınız ki, körpəniz bütün gecə yatmağa başlayıb. Sağlam və zamanında doğulmuş körpələr, ümumiyyətlə, 5-ci həftədən etibarən 7 saat qədər yata bilər. Bəzi körpələr gecə ilə gündüzü qarışdıra bilər və gecə yuxularını hava işıqlıqkən yatarlar. Bunu dəyişdirmənin yolu 3, ən çox 4 saatlıq yuxudan sonra körpəni oyandırmaqdır. Körpəniz zamanla yuxu nizamını evdəkilərin nizamına görə yenidən təyin edəcək. Körpənizdə doğumdan bu yana müşahidə etdiyiniz reflekslərin çoxu artıq itmiş olsa da, bir müddət daha "əvvəlki mövqeyində" yatmağa davam edəcək. Başını yanda tutmağı seçməklə birlikdə, yatarkən daha fərqli mövqelər də sınayacaq. Ancaq unutmamanız lazımdır ki, körpəniz yatarkən ya arxası üstə yatmalı, ya da başı həmişə bir tərəfə dönük olmalıdır. Arxası üstə mövqeyi ani beşik ölümü riskini azaldır. Davamlı eyni mövqedə yatmaq da körpənin baş quruluşunu poza bilər. Bu çox ciddi bir problem olmasa da, gözə xoş görünməz. Əgər körpənizin başının
<< 1 [2] 3 4...6 >>
Cəmi 1236 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024