2 aylıq körpənin qidası,baxımı və inkişafı

2 aylıq körpənin qidası,baxımı və inkişafı


İkinci ayına girdiyi zaman körpəniz yeni ətrafına artıq yaxşıca alışmış olacaq. Buna qarşılıq olaraq siz də ailənizin bu yeni üzvünü daha yaxşı tanımış və ruh halını öyrənmiş olacaqsınız. Səkkiz həftənin sonunda körpənizin doğumundan bəri bir xeyli dəyişdiyini hiss edəcəksiniz. Məsələn, artıq bəslənmə və yuxu zamanları aradabir pozulsa da, daha nizamlı olmağa başlamışdır. Oyanıq olduğu zamanlar daha diqqətəçarpan və daha uzundur. Bu vaxt bəslənmə nizamı və şəkli qaz çıxarmalar və bəslənmə sırasındakı uzun, ya da qısa fasilələrlə meydana gəlməyə başlayır. Bu dövrdə ananın bilməsi lazım olan çox əhəmiyyətli bir şey var: daha əvvəl yalnız narahatlığını müəyyən edən körpə bu ay məmnuniyyətini də göstərəcək. Bəli, səhv oxumadınız; körpəniz bu ay içində sizə böyük xoşbəxt bir təbəssüm hədiyyə edəcək. Bu ay içində sinir sistemi inkişaf etdikcə, körpəniz hərəkətlərinə də daha yaxşı nəzarət etməyə başlayacaq. İlk günlərdəki idarəsiz körpə refleksləri yerini idarəli hərəkətlərə verəcək. Bütün əl və ayaq vurmaları sizə hələ mənasız gələ bilər. Halbuki, bunlar körpənin əzələlərini işlətmə məşqləridir. İki aylıq körpə, hələ başını tam olaraq dik tutmasa da, boyun əzələlərinə yavaş-yavaş nəzarət etməyə başlayar. İkinci ayın sonuna doğru körpəniz qarnının üstünə yatarkən ehmalla başını qaldıra bilir. Bunu etmək əslində heç də asan deyil, çünki başı hələ bədəninin ən böyük üzvü vəziyyətindədir və ona görə olduqca ağırdır. Hərəkətli bir körpə qarnının üstündə dayanarkən iməkləmə hərəkətləri edə bilər, hətta bəzi körpələr yatağın içində yer belə dəyişdirə bilər. Artıq daha hərəkətli olduğundan körpənizin düşməməsi üçün diqqətli olmanız lazımdır. Heç təxmin etmədiyiniz
[1] 2 3...6 >>
Cəmi 1219 nəfər oxuyub
Bəyənən (198) | Bəyənməyən (197)
Dostlarınla Paylaş

Saytda 45 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023