Əkiz mələklərim

Əkiz mələklərim


olmurdu. Birdəfəlik uşaq bezləri bizi əməlli-başlı müflis etmişdi.amma buna da çarə tapdım.20 metr yumşaq çit parça aldm.Onları balaca-balaca kəsib gündüzləri uşaqlara bağlamağa başladım.Hər 2 saatdan bir dəyişirdim.Onları ayrıca səbətə atırdım.Müəyyən qədər yığılandan sonra əskiləri maşında yuyurdum.Həftədə bir dəfə də hamısını qaynadırdım ki, ləkələri qalmasın.Pampersi isə sadəcə gecələr qoyurdum.Bu da büdcəmizə az da olsa qənaət edirdi.Əski yumamaq üçün çoxları bəhanə gətirir ki, bu uşaqlarda allergiya,səpki yaradır.Bəlkə də düz deyirlər,orasını tam deyə bilmərəm,amma mən heç belə problem yaşamadım.Uşaqların altını tez-tez dəyişəndə səpki ola bilməz. 7 aydan sonra oturmağa başladılar.İşim bir az yüngülləşdi.Artıq əlavə yeməklər də verirdim.Onları televizorun qarşısında oturdub,cizgi filmi açırdım.Oyuncaqlarını qabağına tökürdüm.Əllərinə də sərt peçenye verirdim.Yarısını ovub xalçanın aralarına tökürdülər,yarısını yeyirdilər.Bezəndə ağlayırdılar,işimi atıb onlarla oynayırdım. 8 aydan sonra iməkləməyə başladılar.İlk öncə əl altında olan təhlükəli şeyləri yığışdırıb daha yuxarı yığdım.Artıq vəziyyət yaxşı idi.Bir-biri ilə oynayırdılar.O əzablı günlər geridə qaldı.Çox sevinirdim.Dincəlməyə vaxtım var idi.İşlərimi tələsmədən rahatca görürdüm. 1 yaş 1 aylıqda yeriməyə başladılar.Çətin günlər yenidən başladı.Əkizləri zəbt edə bilənə eşq olsun.Evdə divar kağızlarını əlləri çatan yerə qədər soydular.Birini tuturdum, o biri qaçırdı.2 dəqiqəlik hamama girirdim, çıxanda sürprizlərlə üzləşirdim. Ayaqyoluna öyrətməyə çalışırdım.İlk öncə oturmağa qorxurdular. Gəlincikləri tuturdum,tərifləyirdim.Onlar da bəhsə öyrəşdilər. Amma bir karşok üstündə dava salmağa başladılar.Birini oturdanda
<< 1 [2] 3 >>
Cəmi 1079 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 149 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024