Əkiz mələklərim

Əkiz mələklərim


Əkiz uşaqlara hamilə olduğumu biləndə həyəcandan qulaqlarım tutulmuşdu.Həkimin nə dediyini eşitmirdim.Çünki həmişə əkizlərim olsun istəmişdim.İndi dualarım qəbul olmuşdu. 8 ayın tamamında gəldi mələklərim.Gəlişlərilə evimizə həm sevinc həm də böyük məsuliyyət gətirdilər.40 gün rayonda qaldım.41-ci günü Bakıya gəldik.Uşaqlar çox ağlağan idi.Həkim heç bir problemi olmadığını deyirdi,amma yenə də gecə-gündüz demədən ağlayırdılar.Gündüzləri təkbaşıma gecələri yoldaşımla səhərə qədər qucağımıza gəzdirirdik.Artıq öyrəşmişdim.O qədər balaca idilər ki ikisini də qucağıma rahatlıqla götürürdüm.Çox yorulurdum.Belim,boynum tutulurdu.Bəzən də dözə bilməyəndə hönkürtü ilə ağlayırdım.Birini ayağımda yelləyirdim,o birini də oturduğum yerdə qucağıma alırdım.Öz halıma həm gülür,həm də ağlayırdım.Əsəblərim çox pozulmuşdu.Yatmaqları 15 dəqiqədən artıq çəkmirdi.Nə etsəm o 15 dəqiqə ərzində edirdim.Yeməyi hazırlayıb ocağa qoyur,tələsik evi yığışdırır,paltarları maşına yerləşdirirdim.Telefonu səssizə alırdım,ev telefonunu ayırırdım ki,zəng səsinə oyanmasınlar.Yoldaşım qapının zəngini də sökmüşdü.Mən də onu sonralar uşaqların beşiyinə bağlamışdım,düyməsini də cibimə qoyurdum.İş gördüyüm vaxt uşaqlar ağlamağa başlayanda cibimdə düyməni vururdum.Həzin zəng səsinə sakit qalırdılar. Mənim üçün ən böyük əzab ana südümü usaqlara çatdıra bilməməyim idi.İkisinə də eyni miqdarda ana südü verməyə çalışırdım.Doymayanda isə süni uşaq yeməkləri verirdim.Həkim südüm artsın deyə dərman və çaylar yazırdı mənə.Dərmanları qəbul etdikdən sonra isə uzanıb dincəlməyi məsləhət görürdü.Çünki süd artımı ancaq uzanıb dincəldiyimiz zaman baş verirmiş.Mənim də dincəlməyə vaxtım olmadığı üçün heç bir faydası
[1] 2 3 >>
Cəmi 1066 nəfər oxuyub
Bəyənən (193) | Bəyənməyən (195)
Dostlarınla Paylaş

Saytda 30 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023