Bitki çayı hazırlayacaqsınızsa buna diqqət etməlisiniz

Bitki çayı hazırlayacaqsınızsa buna diqqət etməlisiniz


Hər bitki çayı hər xəstəyə (və ya hər xəstəliyə) faydalı deyil. Buna görə də, bitki çaylarından şüurlu şəkildə istifadə etmək şərtdir. Digər tərəfdən bitki çaylarını dərmanla əvəz etmək də doğru deyil. Təbii ki, burada bitki çaylarının necə hazırlanmasının da əhəmiyyəti çox böyükdür. Məsələn, bitki çaylarını hazırlayarkən, xüsusilə, xlorsuz və qaynanmış sudan istifadə etmək lazımdır. Bitki çaylarını hazırlayarkən diqqət yetirməli olduğunuz başqa məsələlər isə bunlardır: Bitki çaylarının hazırlanacağı dəmliklərin keyfiyyətli çinidən olmasına üstünlük verilməlidir. Tərkibində uçucu komponentlər olan bitki çaylarının hazırlanmasında qapaqlı dəmliklərdən istifadə etmək məsləhətdir. Suyun bir yox, bir neçə dəfə qaynadılması, tərkibindəki mineralları dəyişdirdiyi üçün çayın keyfiyyətinə mənfi təsir göstərir. Bitki çaylarının hazırlanmasında tətbiq edilən ən klassik üsullardan biri də infuziya üsuludur. Bu üsula görə bitki çaylarını hazırlayarkən 100 dərərcəlik temperatura malik olan su çayın üzərinə tökülməzdən əvvəl 80 dərəcəyə qədər soyudulmalıdır. Dəmliyə əvvəlcə çayını hazırlayacağınız bitkini qoymalı, sonra isə üzərinə lazım olan qədər su əlavə etməlisiniz. Əsasən, bir desert qaşığı quru və ya bir ovuc təzə ot üçün dörddə bir litr su istifadə etmək lazımdır. Çayın dəmlənməsi üçün 2-5 dəqiqə kifayətdir. Əgər, yarpaq bitkilərdən yox, kök bitkilərdən hazırlayacaqsınızsa (zəncəfil kimi) eyni miqdarda su və bitkini birlikdə dəmliyə qoya və qaynatma yolu ilə çayınızı hazırlaya bilərsiniz. Bitki çaylarını çox içmək zərərlidir. Buna görə də, gündə 3 stəkandan çox bitki çayı içmək təhlükəlidir.
Cəmi 841 nəfər oxuyub
Bəyənən (175) | Bəyənməyən (150)
Dostlarınla Paylaş

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023