Bakteriyalar

Bakteriyalar


Yunanca "kiçik çubuq" mənasını verən bakteriya (bacterium) sözü 19-cuəsrdə elm lüğətinə girdi. Bakteriyaların uzunu2-10, eni isə1-2 mikronolur. Yəni 10 min bakteriyanı yan-yana düzə bilsəniz, təxminən 2,5 santimetr olar. Rəngsiz olduqlarından mikroskoplagörməkasan deyil. Xüsusi boyalar qatılaraq rəngləndirildikdən sonra bakteriyaları izləmək mümkün ola bilər. Bakteriyalar yayılmaq üçünkifayət qədər qida və mühit tapa bilirlər.Hava ilə ətrafa yayılan bakteriyalarəlverişli mühit tapdıqları zamantəkrar çoxalmağa başlayırlar. Bakteriya növlərinin çoxu zərərsizdir. Üstəlik insanlara bir çox şəkildə xidmətedirlər.Məsələn,bakteriyalar olmasaydı, torpağın məhsuldarlığını qorumaq, bitki yetişdirmək,yənihəyatın davam etməsi təmin etmək çətin ola bilərdi.Bakteriyalar olmadan ayran, qatıq, sirkə, pendir, turşu kimi qida maddələrini də əldə etməyimiz mümkün ola bilməzdi.Bəziheyvanlar da bakteriyalardan həzm üçün faydalanırlar. Bu heyvanlarınmədələrindəolanbakteriyalar sellülozu parçalayaraq həzmə kömək edir.İnək və qoyun kimi heyvanlar üçün bakteriyalar həyati əhəmiyyət daşıyır. Bundan başqa,insanların da həzm sistemində bəzi faydalı bakteriyalar olur. Bu bakteriyalar K vitamininin meydana gəlməsini təmin edirlər. Azot, fosfor, karbon kimi elementlərin təbiətdəki çevrilməsinihəyata keçirirlər. Bakteriyaların bəzi mənfi təsirləri də vardır. Su çirklənməsininbirincisəbəbkarıbakteriyalardır. Kanalizasiya və sənaye tullantıları istifadə suyu qarışdıqları zaman bakteriyalar su içində çoxalmağa başlayırlar.Bəzi bakteriyalar isə qidalardasürətlə çoxalırlar. Bu bakteriyalar ağır qida zəhərlənməsinə yol aça bilər, hətta sonu ölümə qədər gedən ciddi bir problem yaradabilərlər. Bakteriyaların nə üçün xəstəliklərə gətirib çıxardığı hələ də tam olaraq bilinmir. Eyni
[1] 2 >>
Cəmi 1822 nəfər oxuyub
Bəyənən (240) | Bəyənməyən (228)
Dostlarınla Paylaş

Saytda 271 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024