Marqarin yağları haqqında

Marqarin yağları haqqında


Bir marqarin yağları istehsal edən məşhur firmanın marqarin yağlarına olan şübhələrə əsasən açıqlaması. Marqarin nədir? Necə əldə edilir? Bitki mənşəli marqarin müxtəlif bitki mənşəli yağ qarışıqlarının dəyişik nisbətlərdə su, yağsız süd və süd törəmələriylə qarışdırılması nəticəsində əldə edilən bir yağdır. Bazarda olan bir çox marqarin də bitki mənşəli yağlardan əldə edilir.Yağlı toxumlardan əldə edilən yağlardan (zeytun yağı istisna olmaqla) xam halda istifadə edilmədiyi üçün bütün yağlar müxtəlif fiziki və kimyəvi əməliyyatlar tətbiq olunaraq yeyilə biləcək hala gətirilir. Öncə uyğun olan qatı və maye yağ birləşməsi təyin olunur. Daha sonra bu birləşmədən yağsız süd və ya süd zülalı kimi komponentlərin lazımi vitaminlərlə və su ilə qarışdırılması vasitəsilə istənilən ləzzət və qida dəyərləri yaradılır. Bitki mənşəli yağların tərkibində xolesterol yoxdur və doymamış yağlarla zəngindir. Bundan əlavə, bədənimizin öz-özünə əldə edə bilmədiyi və mütləq kənardan alınması lazım olan əsas yağların da qaynağıdır. Xüsusilə yalnız yağda əriyən bəzi vitaminlərlə zəngindir. Sağlamlığa faydası olan mikroqida elementlərini daşıyır. Bitki mənşəli yağların tərkibində olan doymamış yağlar, E vitamini, omeqa-3 və omeqa-6 ailəsinə aid olan yağ turşuları kimi qida elementləri vardır. Bu elementlər böyümə və inkişafda əhəmiyyətli rol oynayır. Doymamış yağlar bədənimiz üçün lazım olan yağlar baxımından zəngindir. Eyni zamanda vitamin cəhətdən də zəngindir. Günəbaxan, soya və palma kimi bitki mənşəli yağlar və bu yağlardan əldə edilmiş məhsullar doymamış yağ nisbətinə malikdir. Dünya Sağlamlıq Təşkilatına görə, gündəlik qidalanmada yediyimiz yağların ən çox 1/3-nin doymuş yağ, təxminən 2/3-nin də doymamış
[1] 2 3 >>
Cəmi 1019 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 160 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024