Masaj texnikaları

Masaj texnikaları


Yüngül yoğurmalar Çiyinlər və qolların üstü kimi daha incə bölgələrdə bu texnikadanistifadə edə bilərsiniz. Dərini bir əlinizin baş barmağı ilə barmaqlarınızın arasında qaldırın, sıxın çevirin. Digər əlinizə doğru sürüşdürün və hərəkəti digər əlinizlə də təkrarlayın. Təzyiqlər Dərin və birbaşa təzyiqlər onurğanın hər iki yanındakı və çiyinlərin ətrafındakı əzələlərin gərginliyini aradan qaldırmaq üçün çox faydalıdır və olduqca boşaldıcıdır. Təzyiqi mərhələli və nizamlı bir şəkildə tətbiq edin, əsla ani sərt bir şəkildə itələməyin. Çox az yağdan istifadə edin ki, əlləriniz yanlara doğru sürüşməsin. Dırnağınızın dəriyə batmamasına xüsusilə diqqət yetirin. Sabit təzyiqlər Baş barmaqlarınızı dərinin üzərinə qoyub yavaş-yavaş üzərlərinə əyilin. Bir neçə saniyə basın, sonra başqa bir nöqtəyə sürüşdürün. Dairəvi təzyiqlər Sabit təzyiqdəki kimi basın, sonra kiçik, dərin və dairəvi hərəkətlərlə dəri və altdakı əzələ təbəqəsi üzərində dairələr çəkin. Dalğa masajı Bu kiçik dairəvi hərəkətlər dalğalanma təsiri yaradır. Çiyinlər, sinə, əl araları və ayaq topuqlarında tətbiq edə bilərsiniz.Əllərinizi zəif bir yumruq şəklində sıxın. Barmaq oynaqlarınızla dairəvi şəkildə irəli-geri masaj edin. Vurmalar Tez və canlı vurma hərəkətləri ətli və əzələli bölgələr üçün faydalıdır. Sümüklü bölgələrdə, göyərmələr və yaralar üzərində tətbiq etməyin. Bu hərəkətlər qan dövranını nizamlayır. Yavaşca edildiyi zamansakitləşdirici təsir göstərir. Bunu masajın sonunda yoldaşınızı oyandırmaq üçün edə bilərsiniz. Əgər birini yatırtmağa çalışırsınızsa, ya heç etməyin, ya da daha əvvəl edin. Hərəkətləriniz ağır və sərt yox, yüngül olmalıdır. Yoldaşınızı incitməmək üçün hərəkətləri
[1] 2 >>
Cəmi 906 nəfər oxuyub
Bəyənən (173) | Bəyənməyən (157)
Dostlarınla Paylaş

Saytda 49 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024