Masaj texnikaları 1

Masaj texnikaları 1


Masajın ən gözəl xüsusiyyəti asan olmasıdır. Bir neçə əsas hərəkətlətanış olduqdan sonratam bir bədən masajı etmək üçün hazırsınız deməkdir. Masajda istifadə edilən digər texnikaların bir çoxu, yalnız burada göstərilən hərəkətlərin növlərə ayrılmalarıdır. İlk olaraq kürək üzərində başlaya bilərsiniz. Sığallamalar Ritmik və axıcı sğallamalar bir masajın təməlidir və ən çox istifadə edəcəyiniz də bunlardır. Bu hərəkətləri yağ sürtmək və digər hərəkətləri bir-biri ilə əlaqələndirmək üçün istifadə edin. Masaj edərkən, bir sonrakı hərəkətin nə olacağı ağılınıza gəlmirsə, yalnız əllərinizi gəzdirməyə davam edin. Yalnız sürətini və təzyiqini dəyişdirərək müxtəliflik və maraqlılıq qazandıracağınız bu hərəkətlərlə tam bir bədən masajı edə bilərsiniz. Yavaş hərəkətlər sakitləşdirici, sərt hərəkətlər isə xəbərdarlıqçıdır. Sığallamalar qan dövranını nizamlayır, gərgin əzələləri boşaldır və sinirləri sakitləşdirir. Masajın ən fundamental sirri, bütün hərəkətlərin təsir edə bilməsi üçün tamamilə özünüzü boş saxlamanızdır Yayılan Sığallamalar 1. Bu sadə hərəkət, az qala bütün bölgələrdə istifadə edilə bilər. Başlayarkən əllərinizi yan-yana qoyun və yavaşca yuxarı doğru sürüşdürərkən barmaqlarınız irəliləsin. Ovuclarınız və əlinizin içi ilə nizamlı və sabit bir təzyiq tətbiq etmək üçün əllərinizin üzərinə əyilin. 2. Əllərinizi xaricə doğru yayaraq açın, təzyiqi azaldın və yanlardan aşağı doğru sürüşdürün. Əllərinizi bədənin formasına uyğunlaşdırın, beləcə hərəkət bütün bölgəni əhatə etsin. Əllərinizi hamar və yüngülcə gəzdirərkən dərinin sürüşməməysinə diqqət edin. 3.Yanlardan yuxarı doğru çəkərkən, əlləriniz zəifcə bədən qıvranmalarının formasını almalıdır.
[1] 2 3 >>
Cəmi 1937 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024