Masaj texnikaları 1

Masaj texnikaları 1


Kürək ya da qarında bu hərəkəti edərkən əllərinizi yuxarıya çəkərək beli yüngülcə qıvırıb sıxın. Bədənin digər qisimlərində bu dönüş hərəkətini daha yüngül edin. 4. Təkrar başlamaq üçün əllərinizi yüngülcə bir nöqtə ətrafında çevirin. Bunun uzunluğunu dəyişdirə bilərsiniz, amma bütün hərəkətlər axıcı və davamlı olmalıdır. Ümumi bir qayda olaraq, hərəkətimiz ürəyə doğru sərt, geriyə doğru sürüşərkən yüngül olmalıdır. Dairəvi Sığallamalar 1. Bu kəsilməz dairəvi hərəkət, xoş bir axış hissi verir. Hər iki əlinizi bir-birindən 15 sm uzaqlıqda bədənin bir tərəfinə qoyun, sonra geniş qövslərlə dairələr çəkərək gəzdirin. Əlinizi yuxarıya və xaricə tərəf sərt basın; aşağıya və içəriyə doğru yüngülcə sürüşdürün. 2. Bir əl dairəni tamamlayarkən qollarınızı çarpazlayın. Bir əl tam dairə çəkərkən, digəri yalnız yarım dairə çəksin. 3. Bir əli, qolunuzun üzərindən aşırın və digər əllə hərəkətə davam edin. Əlinizi yüngülcə yerləşdirin və təkrarlayın. Pişik Masajı 1. Bu sakitləşdirici və yuxuverici bir hərəkətdir. Aşağı doğru enərkən bir əl digərini izləməlidir. Demək olar ki, heç təzyiq tətbiq etməyin, əlləriniz yalnız gəzişsin. 2. İlk əlinizi qaldırın və təkrar başlamaq üzrə havadan geri gətirin. Dönüş və bütün hərəkətlər ritmik və axıcı olmalıdır. Baş barmaq Masajı Kiçik bölgələrdə yalnız baş barmağınızı işlədin. Bir baş barmağınızla yuxarıya və xaricə doğru basın. Digəri onu izlərkən, bir az daha üstdə və xaricə doğru olsun. Yoğurmalar Bu hərəkət eynilə xəmir yoğurmağa bənzəyir; çiyinlər, omba və yan hissələr kimi ətli bölgələr üçün uyğundur. Gərgin əzələləri yumşaldıb boşaldır; beləcə bölgəyə təzə qan və qida çatdıraraq qan dövranını nizamlayır, əmilməyən
<< 1 [2] 3 >>
Cəmi 1952 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024