Hind üsulu ile baş masajı

Hind üsulu ile baş masajı


Champissage” kimi tanınan Hindistan baş masajından əsrlər boyu təmizləmə, gərginliyin aradan qaldırılması və tibbi məqsədlər üçün istifadə edilmişdir. Bu masaj ilk dəfə hindli qadınların öz qızlarının saçını müalicə etməsi ilə başlayıb. Həmçinin bərbərlər də kişi müştərilərin saçlarının kəsilməsi zamanı prosesin bir hissəsi kimi bundan istifadə etmişdir. Bundan sonra başı masaj etmək nəsildən- nəslə ötürülərək bu günümüzə qədər gəlib çatmışdır. Baş masajları qədim Hindistan tibbi təcrübəsinin bir hissəsidir ki, bunu hindlilər Ayurveda adlandırır. Və bu da uzun həyat təmin etmək, bədəni, beyni və ruhu tarazlaşdırmağa əsaslanır. Qədim hindular güman edirdilər ki, ədviyyat, müxtəlif müalicəvi otlar və yağlarla edilən bütün növ masajlar əzələləri gücləndirir, dərini yaxşılaşdırır, sağlamlığı təmin edir. Hindistan qadınları 1000 ildən bundan əvvəl hindqozu, badam, zeytun yağı və ayran qatışığı ilə qızlarının başını masaj etmişlər. Bu yağlar da saçı yaxşı vəziyyətdə saxlamaq üçün idi. Ənənəvi Hind baş masajında əslində sadəcə skalpı və saçı masaj edirdiər. Müasir Hindistan baş masajlarında isə həmçinin boynu, üzü və çiyinləri də masaj edirlər. Hindistanda baş masajını qəbul edən şəxs oturur, digər masajlardan fərqli olaraq masaj zamanı paltarlarını çıxarmır. Hindli Narendra Mehta fiziki terapiyanı öyrənmək üçün 1973-cü ildə İngiltərəyə səyahət edənə qədər baş masajlarının ənənəsi Hindistanda məhdud idi. O, İngiltərədə baş masajını təcrübədən keçirdi və sonra bu, başqa Qərb ölkələrinə yayıldı, daha çox adam texnikanı öyrəndi. Hindistan baş masajları hələ də Hindistanda və bütün dünyada bərbərlər və kosmetoloqlar tərəfindən yerinə yetirilir. Müəyyən müddət davam edən Hindistan baş masajının
[1] 2 >>
Cəmi 857 nəfər oxuyub
Bəyənən (160) | Bəyənməyən (156)
Dostlarınla Paylaş

Saytda 101 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024