Mükəmməlliyə gedən asan yol

Mükəmməlliyə gedən asan yol


Hər zaman gumrah ,sağlam olmaq üçün düzgün qida rasionu seçməklə, idman hərəkətləri etməklə yanaşı arabir özünü masaj etmək lazımdır. Başın masajı Baş masajı sayəsində saçlar daha da yaxşı qidalanır,sağlam və parıltılı olur. Bu masajı salarınızı yuyan zaman və saçınıza gicitkan,ayı pəncəsi yağlarını istifadəsi zamanı edə bilərsiz. Təqdim edəcəyim maska saçlara və baş dərisinə müsbət təsir göstərir. Başın masajı üçün yağ 100 ml zeytun,badam və ya kokos yağı, 1 x.q. qurudulmuş çobanyastığı çiçəyi . Bu məhsulları bir qaba qoyub su hamamında 30 dəqiqə saxlayın. Qızdırılmış yağ,çiçəklərin ətrini özünə hopduracaq. Sonra alınmış yağı təmiz bankaya süzüb 1 həftə saxlayın. Saxladıqdan sonra süzgəcdən süzüb,soyuducuya qoyun. Masaj etməzdən əvvəl lazımi qədər yağı qızdırıb pambıqla başınızı və saçlarınızı qidalandırın. Darayın,isti dəsmala büküb,30 dəqiqə saxlayın və şampunla yuyun. Sellülitə qarşı masaj Əgər siz sellulitin yox olmasını istəyirsinizsə,masajın effektini tez bir zamanda hiss etmək istəyirsinizsə,o zaman masajı quru bədənə sellülit üçün nəzərdə tutlan quru fırça ilə 1-2 dəqiqə edin.Sonra isə antisellülit kremlərini istifadə edin. Əl masajı Yorğunsunuz? O zaman özünüzü ələ alın,daha doğrusu əllərinizin masajını edin,onları nazlandırın ,qulluq edin.Əldə çoxlu sayda reflektor nöqtələr yerləşdiyindən,daxili orqanlarla birbaşa əlaqəsi var. Əl masajı qan dövranına da müsbət təsir göstərir. Ayaq masajı Ən sadə ayaq masajı - ayaqyalın şehli ot üzərində səhər gəzintisidir. Ayaq üçün nəzərdə tutlan skrabları,sərinləşdirici gelləri də istifadə etməyi unutmayın.
Cəmi 1996 nəfər oxuyub
Bəyənən (284) | Bəyənməyən (263)
Dostlarınla Paylaş

Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023