İlan masajı ilə rahatlayın

İlan masajı ilə rahatlayın


Yaşadığımız əsr stress, depressiya və nevrotik halların çox sıx yaşandığı əsr olaraq bilinməkdədir. Yeni icad edilmiş bu maraqlı masaj üsulunun həm ruhi, həm də fiziki olaraq rahatlıq təmin etdiyi iddia edilir. Bu üsul İlan Masajıdır. Bu ekzotik xidmət İsrailin şimalındakı Talmei Elazar şəhərində olan bir spa mərkəzində reallaşdırılır. Spa mərkəzinin sahibi olan Barak adlı qadının iddiasına görə, ilanların insan bədənində yavaşca sürünərək buraxdıqları təsir ilə gün boyu yığılan gərginlikdən tez bir zamanda yaxa qurtarmaq mümkündür. İlanların ölçüləri masajın tipinə görə dəyişir. Daha böyük ilanlar daha dərində olan əzələ gərginliklərini aradan qaldırmaq üçün istifadə edilərkən, kiçiklərin daha səthi təsiri olduğu söylənilir.Barakın dediyinə görə ilan masajı qısa bir müddət sonra çox məşhur olacaq. Əziz Qadın.Net-lilər, siz bu üsulla rahatlanmaq istərdinizmi?
Cəmi 877 nəfər oxuyub
Bəyənən (162) | Bəyənməyən (157)
Dostlarınla Paylaş

Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024