Təbii tonik və lasiyonlar

Təbii tonik və lasiyonlar


Hər gün təmizlənən dərinin problemli olması riski azdır. Lakin həm dərinizi təmizləyib, həm də qırışlarla mübarizə aparmaq istəyirsinizsə, bu zaman aşağıdakılara diqqət edin. -Cökə, çobanyastığı çiçəyi , adaçayı və atquyruğundan bir ovuc (bir dolu xörək qaşığı) qaynamış suya atın. Üstünü bağlayıb, 30 dəqiqə dəmlənməsini gözləyin.Sonra hər gün bu qarışımın suyu ilə üzünüzü silin. Bu, dəriniz üçün parlaqlıq təmin edən, qırışları zamanla azaldan mükəmməl təbii tonik rolunu oynayacaqdır. - Adaçayı yarpağı və cökə çiçəklərindən bir ovuc qaynadın və qarışığı soyudun. Səhərlər üzünüzü və boynunuzu bu su ilə silsəniz, zamanla qırışıqlıqlarınız azalar. -Bir ovuc çobanyastığı çiçəyi qaynadın. Qaynatdığınız çobanyastığı suyu ilə hər səhər üzünüzü silin. Ardından nəmləndirici kremlə üzünüzü nəmləndirin. Bunun nəticəsində zamanla dəri elastikliyiniz artırar, qırışlar azalar. -Doğranmış cəfərinin kök və saplaqlarını 2 stəkan suda qaynadın. Səhər və axşam bu suyla üz, boyun və əllərinizi silin. Bu, dərinizi qırışlara qarşı qoruyar. Cəfəri suyu quru dəri üçün mükəmməl təbii losyondur. -Qurudulmuş adaçayı,çobanyastığı çiçəyi , nanə və cəfərini bir ovuc olmaq şərtilə bir qaba qoyun. Yarım stəkan su əlavə edin və qaynadın. Soyuduqdan sonra içinə bir çay stəkanı aloe suyu qatın. Bir az da gül suyu əlavə etdikdən sonra təbii tonikiniz hazırdır.Bu qarışımla hər səhər və axşam üzünüzü silin. -Başqa bir ənənəvi dəri təmizləyici otu isə gicitkəndir. Doğranmış 2 yemək qaşığı gicitkənin üzərinə qaynanmış bir stəkan su tökün. 15 dəqiqə dəmlənməsini gözləyin. Bu su ilə səhər və axşam üzünüzü silin. Bütün bu təbii toniklərin istifadəsindən sonra mütləq (əgər dəriniz quru isə) yağlı kremdən
[1] 2 >>
Cəmi 1158 nəfər oxuyub
Bəyənən (276) | Bəyənməyən (209)
Dostlarınla Paylaş

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024