Tatli.Biz

Gözəllik və cavanlıq vannaları


Orqanizmi müalicə edib, eyni zamanda badəni təravətləndirmək üçün növbənöv dərman həbləri qəbul etmək lazım deyil. Hamı bilir ki, ot dəmləmələri min bir dərdin dərmanıdır. Buna sübut olaraq bugün sizə təbii otlardan hazırlanan maskalar vasitəsilə qəbul edilən vannalardan bəhs edəcəyəm. Dəmləməni hazırlamağın ümumi qaydası Ev şəraitində dəmləmə hazırlamaq üçün 1 kq. qurudulmuş otun üzərinə 3-4 litr soyuq su əlavə edib, 10 dəqiqə saxlayın. Daha sonra qarışığı 5 dəqiqə odda qaynadın. Oddan götürüb, 10 dəqiqə kənarda saxlıyın və vannanı ilıq su ilə doldurub, dəmləməni oraya əlavə edin. Vanna qəbulundan sonra əvvəl yaxşı çimmək lazımdır ki, dəridəki qoruyucu təbəqə yox olsun və otun xeyirli maddələri dəriyə hopsun. Prosedur yarım saat sürməlidir. Vanna qəbulundan sonra badəni su ilə yaxalamaq olmaz! Hər dəmləmənin öz xeyri var: Nanə-Soyuqdəyməni müalicə etmək üçün ən ideal vasitədir. O, dəridəki məsamələri açaraq, nəfəs yollarını təmizləyir, dərini təravətləndirir. Eyni zamanda nanə dəridəki qaşınmanı və qızartıları sakitləşdirir. Rozamarin-Qan dövranını yaxşılaşdırır, qırışları hamarlaşdırır. Çobanyastığı və Maya otu-İnfeksiyalarlala gözəl mübarizə aparır, dəridə yeni hüceyrələr əmələ gətirir və dərini cavanlaşdırır. Cökə-Dəhşətli tərləmənin qarşısını alır, əsəb sistemini sakitləşdirir, yuxusuzluğu aradan qaldırır. Adaçayı və palıd qabığı-Dəridəki məsamələri qurudub yığır, yağlı dərini matlaşdırır, ifrat dərəcədə tərləmənin qarşısını alır. Tarla otları-Qocalıb, əldən düşmüş, solğun, quru, qırışmış və çatlamış dərini cavanlaşdırır, qan dövranını yaxşılaşdırır. Ardıc və Melissa-Əsəbləri sakitləşdirir, yatmış bədəni canlandırır. Yabanı şabalıd-Görünən kapilyarları və varikozu müalicə edir, dərialtı damarlardakı qanın sürətli axmasına kömək edir. Gülümbahar-Bədəndəki yaraların tez sağalmasına kömək edir. Qarğıdalı və Badam-Dərinin nəmləndirir, problemli dərini sağaldır, qaşınmanı aradan götürür, bədənin qurumuş hissələrini yumşaldır. Daima gözəl və sağlam olun əziz xanımlar.
Cemi 291 nefer oxuyub
Beyen(76) | Beyenme(64)
Dostlarınla Paylaş

Gözəllik və cavanlıq vannaları məqaləsini oxu


Gözəllik və cavanlıq vannaları, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Gözəllik və cavanlıq vannaları, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Xidmətlər, Wap FTP, , Wap+Web Skaner, Domen Yoxla, Qrab Yarat, Kodlaşdırma, Rəng Kodları, Saytın şəklini cek, Telefon modelini dəyiş, Smayl duzəlt, Icon duzəlt, Button duzəlt, Unvanı qısalt, Sistem Yuklemeleri, Naviqasiyalar - Xerite, MultiMedia Yuklemeleri, Derslikler, Maraqlı Yuklemeler, Tehlukesizlik, Movzular - Tema, Alış-Veriş

Saytda 92 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
MobTop.az
©Tatli.Biz 2010-2021