Burun və qulaqlara qulluq
Tatli.Biz

Burun və qulaqlara qulluq


Burnun selikli qişasının qıcıqlanması da istehsalat amillərinin mənfi təsiri nəticəsində əmələ gəlir. Burnun selikli qişasının toz və ya onun tərkibində olan maddələrlə, qazlarla və buxarlarla qıcıqlanması, həmçinin uzun müddət yüksək temperaturlarda olması onun qurumasına səbəb ola bilər. Belə hallarda burnu çobanyastığı və gülümbahar çiçəklərinin dəmlənməsi ( 1 st suya 1 çay qaşığı ot qarışığı ) ilə yumaq yaxşı təsir edir.Burun dərman otlarının dəmləməsində isladılmış pambıq tamponu ilə təmizlənir. Əgər burnun selikli qişası çox quruyursa, burnu cökə çiçəyi ya da bəlğəmotu dəmləməsi ilə yuyurlar. Çox quruyan yerlərə gülümbahar məlhəmi çəkilir. Əgər bu sadə tədbirlər kömək eləmirsə, həkim-otolarinqoloqa müraciət etmək lazımdır. Sifətin ən xoşagəlməz xüsusiyyəti burnun qızarmasıdır. Bunun səbəbi müxtəlifdir, məsələn, qan dövranının kəsirliyi, qanazlığı, hormonal pozğunluqlar, nevroz, donma, mədə-bağırsaq yolunun xəstəlikləri və həmçinin kimyəvi maddələrin, ətraf mühitin zərərli təsiri ya da çəhrayı civzə xəstəliyidir. Burnun qırmızılığı uzun müddət keçməzsə, əsas səbəbini müəyyən etmək və müalicəyə başlamaq üçün həkimə müraciət etmək lazımdır, ancaq bundan sonra ev şəraitində ya da kosmetik şəraitdə müalicəni davam etdirmək olar. Profilaktika məqsədilə kəskin temperatur dəyişkənliklərindən, çox isti xörəklərdən və içkidən, tünd çay və qəhvədən çəkinmək lazımdır. Yüngül pəhriz saxlamaq, heyvani yağları və tünd ədviyyatları azaltmaq tövsiyə olunur. Burnun donmasının qarşısını almaq üçün şaxtalı havada nazik təbəqə ilə yağlı krem və kirşan çəkmək, sonra da arabir ovuşdurmaq lazımdır ki, dərinin qan dövranı yaxşılaşsın. Donma təhlükəsi yaranarsa (məsələn şaxtalı havada burun ağarır), əvvəlcə onu çəhrayı rəng alınca soyuq su ilə ovuşdurun, ancaq bundan sonra bir neçə dəfə gah soyuq, gah da isti su ilə kompres qoyub buruna ya balıq yağı ya da krem çəkirlər. Yayda gündə qaralarkən günəş şüalarından qorunmaq üçün buruna krem çəkib kirşanlayırlar. Qulaqlara qulluq hər gün qulaq seyvanının sabun və su ilə yuyulmasından ibarətdir. Bu ələlxüsus uzun müddət tozlu-torpaqlı binalarda olduqda vacibdir. Qulaqları yuyarkən diqqət yetirmək lazımdır ki, sabun qulağın içinə keçməsin, belə ki qulağa çox sabun girərsə, eşitmə yolunda bərk tıxac yarana bilər, bunu da ancaq həkimin yardımı ilə çıxarmaq olar. Qulaqları yuyarkən onları iki barmaqla (böyük və şəhadət) yüngül massaj edin, sonra isə şəhadət və orta barmağı aralayıb qulağın ətrafındakı dərini massaj edin. Soyuq olanda qulaqları örtmək lazımdır, əgər hər halda onlar açıq qalırsa, nazik layla krem çəkib qızaranacan ovuşdurmaq, sonra azca kirşanlamaq olar. Qulaqlarda ağrı olmasına yüngül yanaşmaq (xüsusilə iltihabi xəstəliklərdə və qrip zamanı) və evdə türkəçarə ilə müalicə olunmaq olmaz. Belə hallarda həkimə müraciət etmək lazımdır. Qulaq xəstəliklərinə məhəl qoyulmaması yarıkarlıqdan tutmuş tam kar olmağa qədər xoşagəlməz halların əmələ gəlmə təhlükəsini törədir. Küyün səviyyəsi 80 desibeldən yüksək olan çox səs-küylü otaqlarda işləmək nəticəsində də eşitmə qabiliyyəti pozula bilər. Müqayisə üçün deyə bilərik: maşının işləyən motorunun səsi 70-85 desibeldir. Odur ki 80 desibelə yaxın küy səviyyəsində səsdən qorunmaq üçün qulaqcıqlar taxmaq lazımdır.
Cemi 313 nefer oxuyub
Beyen(81) | Beyenme(72)
Dostlarınla Paylaş

Burun və qulaqlara qulluq məqaləsini oxu


Burun və qulaqlara qulluq, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Burun və qulaqlara qulluq, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Android Dunyası, Lazımlı Linklər, Ekskluziv Programlar, Maraqlı Bolmələr, Mobil Filmlər, Geniş Kitabxana, Dini Məqalələr, Qadın Dunyası, Burclərin Sirri

Saytda 132 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021