Burun və qulaqlara qulluq

Burun və qulaqlara qulluq


Burnun selikli qişasının qıcıqlanması da istehsalat amillərinin mənfi təsiri nəticəsində əmələ gəlir. Burnun selikli qişasının toz və ya onun tərkibində olan maddələrlə, qazlarla və buxarlarla qıcıqlanması, həmçinin uzun müddət yüksək temperaturlarda olması onun qurumasına səbəb ola bilər. Belə hallarda burnu çobanyastığı və gülümbahar çiçəklərinin dəmlənməsi ( 1 st suya 1 çay qaşığı ot qarışığı ) ilə yumaq yaxşı təsir edir.Burun dərman otlarının dəmləməsində isladılmış pambıq tamponu ilə təmizlənir. Əgər burnun selikli qişası çox quruyursa, burnu cökə çiçəyi ya da bəlğəmotu dəmləməsi ilə yuyurlar. Çox quruyan yerlərə gülümbahar məlhəmi çəkilir. Əgər bu sadə tədbirlər kömək eləmirsə, həkim-otolarinqoloqa müraciət etmək lazımdır. Sifətin ən xoşagəlməz xüsusiyyəti burnun qızarmasıdır. Bunun səbəbi müxtəlifdir, məsələn, qan dövranının kəsirliyi, qanazlığı, hormonal pozğunluqlar, nevroz, donma, mədə-bağırsaq yolunun xəstəlikləri və həmçinin kimyəvi maddələrin, ətraf mühitin zərərli təsiri ya da çəhrayı civzə xəstəliyidir. Burnun qırmızılığı uzun müddət keçməzsə, əsas səbəbini müəyyən etmək və müalicəyə başlamaq üçün həkimə müraciət etmək lazımdır, ancaq bundan sonra ev şəraitində ya da kosmetik şəraitdə müalicəni davam etdirmək olar. Profilaktika məqsədilə kəskin temperatur dəyişkənliklərindən, çox isti xörəklərdən və içkidən, tünd çay və qəhvədən çəkinmək lazımdır. Yüngül pəhriz saxlamaq, heyvani yağları və tünd ədviyyatları azaltmaq tövsiyə olunur. Burnun donmasının qarşısını almaq üçün şaxtalı havada nazik təbəqə ilə yağlı krem və kirşan çəkmək, sonra da arabir ovuşdurmaq lazımdır ki, dərinin qan dövranı yaxşılaşsın. Donma təhlükəsi yaranarsa (məsələn şaxtalı havada burun
[1] 2 >>
Cəmi 1017 nəfər oxuyub
Bəyənən (223) | Bəyənməyən (199)
Dostlarınla Paylaş

Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024