Qoltuq altı qaralmalarından qurtulun - Qarışıq Məqalələr


Geniş Kitabxana
Qoltuq altı qaralmalarından qurtulun
Xüsusilə yay aylarında qısa qollu köynəklər geyməyə başlayanda, ya da çimərliklərdə günəş vannası qəbul edərkən, qaralmış qoltuq altımız özümüzü narahat hiss etməyimizə səbəb olur. Qışda göz önündə olmadığı üçün qoltuq altı bölgəsinə ümumiyyətlə fikir vermirik. Ancaqyay gələndəbu səhlənkarlığımız ucbatından başımız ağrayır. İstifadə etdiyimiz dezodorantlardan baxım məhsullarına qədər bir çox şeyin səbəb ola bildiyi qoltuq altı qaralmaları bir anda dəhşətə çevrilir. Əslində alınacaq bir neçə kiçik tədbirlə bu problemin öhdəsindən gəlmək mümkündür. Qoltuq altı problemiylə mübarizə aparmağınvə özünüzü daha rahat hiss etməyinizin yolları... Az tərləyin Qoltuq altı qaralmalarınən əhəmiyyətli səbəblərindən biri tərləmədir. İstər yay olsun, istərsə də qış, bədəninizin tərləməyə meylli olan bu bölgəsinin nəfəs almasına maneə törədən paltarlar geyməməlisiniz. Mümkün olduğunca boş və tərkibində pambıq nisbəti yüksək olan paltarlar seçməyə çalışın. Dezodorantdan istifadə etməyin Dezodorantların tərkibindəolan bəzi kimyəvi maddələr dərinizə mənfi təsir göstərə bilər. Buna görə dədezodorant yerinə pudradan istifadə etməyi sınaqdan keçirin. Qoltuq altınaincə bir təbəqə şəklində çəkmək kifayətdir. Təri önləyən dezodorantları seçməyin Təri önləyən, yəni anti-perspirant dezodorantlar da qol altı qaralmalarına səbəb ola bilir. Bunların əvəzinəanti-bakterial pudraları seçə bilərsiniz. Ülgüc yerinə yapışqan Qoltuqdakıtüklərdən xilas olmaq üçünsürətli və asan bir üsul olduğu üçün ülgüc seçilir. Ancaq qol altınıza davamlı ülgüc çəkməkzaman keçdikcə qaşınmalara və qaralmaya səbəb ola bilir. Başqa sözlə, burada olan tüklərdən xilas olmaq üçün yapışqan seçməyiniz daha doğru olacaqdır. Limondan istifadə edin Qoltuq altınız üçünlimondan faydalana bilərsiniz. Hər gün duşdan sonra bir dilim limonu qoltuq altına sürtün. Bir az gözlədikdən sonra ilıq suyla durulanın. Bu üsul dərinizi ölü dərilərdən təmizləyib, qaralmalardan da xilas edəcək. Maskadan istifadə edin Limon suyu, süd tozu və balı məcun konsistensiyasına gələcək şəkildə qarışdırın. Bu qarışığı qoltuq altınıza çəkinvə 15 dəqiqə saxlayın. Daha sonra ilıq suyla qoltuq altınızı durulayın. Bu maskanı nizamlı olaraq bir neçə həftə tətbiq etsəniz, qaraltının azaldığını və zamanla itdiyini görəcəksiniz.
Cemi 284 nefer oxuyub
Beyenen (68) | Beyenmeyen (59)
Paylaş:
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Qoltuq altı qaralmalarından qurtulun məqaləsini oxumaq üçün daxil olun


Qoltuq altı qaralmalarından qurtulun, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Qoltuq altı qaralmalarından qurtulun - Qarışıq Məqalələr, yukle

Saytda 87 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021