Bədən çatlaqları və mualicəsi

Bədən çatlaqları və mualicəsi


Bədən çatlaqları, dərinin həddindən artıq dartılması nəticəsində dəridəki elastik toxumanın qırılması ilə meydana gəlir. Başlanğıcda qırmızı ilə bənövşəyi arası bir rəngdə olan böyüklü, kiçikli bu cızıqlar zaman keçdikcə ağ rəngə çevrilir. Ən çox qarın, bud, baldırlarda və döşlərdə görülən bədən çatlaqlarının meydana gəlməsinə əhəmiyyətli kilo dəyişiklikləri, hamiləlik kimi hallar səbəb olur. Bu yaranan çatlaqlar da qadınlarda psixoloji və gözəllik baxımından çətinlik yaşanmasına səbəb olur. Hər kəsdə çatlaqlar yarana bilərmi? Xeyr. Çünki bədən çatlaqların meydana gəlməsində varisliyin də rolu vardır. Toxumaları zəif olanlarda, kilo alıb vermə zamanı bu çatlaqlara daha tez rast gəlinir. Dərisi açıq tonlu qadınlarda qaraşın dərili qadınlara nisbətən daha çox çatlamalar olur. Çatlaqların qarşısının alınmasında çəkini qorumanın və baxımın böyük təsiri vardır. Xətlər bəlli olduqdan sonra nə etmək olar? Dəridəki çatlamalara mane olan hər cür tədbir, yaranan izlərin solmasına köməkçi olur. Ancaq tamamilə itmələri qeyri-mümkündür. Xüsusilə hamiləlik dövründə bədənin sürətlə böyüyən bölgələrini, dəriyə qulluq kremləri ilə qidalandırmaq, həm dərini sakitləşdirəcək , həm də çatlaqların meydana gəlməsinin qarşısını almaqda kömək olacaq. Döşlərədə süd toplanması, döşlərin böyüməsinə və ağırlaşmasında, döş kənarlarında da çatlamalar görülə bilər. İlk başlarda diqqətə çarpan bu xətlər bir müddət sonra solar, gümüş ağımtıl bir rəngdə olar. Hamiləlik dövründə dəridə çəkilmə olan bölgələri qoruyucu məhsullarla nəmləndirmək lazımdır. Amma mütləq həkim məsləhəti ilə olmalıdır. Dəri çatlaqları xüsusilə gənc qızlarda yetişkənlik dövründə, bədənləri qadına xas dəyişikliklər göstərdiyində və
[1] 2 3 >>
Cəmi 1148 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024