Ayaqlara qulluq
Ayaqların sağlam və gözəl görkəmli olması üçün onlara müvafiq qulluq lazımdır.Əlbəttə,ayaqlarda hiss olunan xoşagəlməz duyğular anadangəlmə meyilliklə əlaqədar ola bilər,lakin əksər hallarda o,iş şəraitindən və iş xarakterindən daha çox asılı olur.Ayaqlara çox yük düşür,ona görə ki,bütün gün ərzində bədənin ağırlığına dözməli olur.Buna görə də ayaqlara xüsusi diqqət verilməli,lazımi qulluq edilməlidir. Bu qulluğun əsas şərti ən əvvəl ayaqlara uyğun yüngül,hava keçirən və ayağın ölçüsünə tən gələn çəkmələrin geyilməsidir.Bu,ən çox ayağı sürətlə böyüyən uşaqlara vacibdir. İşdə hündürdaban dar çəkmələr geymək çox zərərlidir. Bu,pəncənin formasının dəyişməsinə, ayaqda qabarların əmələ gəlməsinə, dırnaqların ətə keçməsinə və hətta onurğa sütununun əyilməsinə səbəb ola bilər. Ayaqların hər gün yuyulması da çox vacibdir.Bu,dərini təmizləyir,ayaqların tərləməsinin və tərdən bişməsinin,göbələk xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.Ayaqlara edilən ilıq vannalar (xörək duzu da əlavə etmək olar) qan dövranının yaxşılaşmasına,bütün orqanizmin istirahət etməsinə kömək edir. Ayaqları yağlı sabunlarla,ayaqlar tərlədikdə isə bakterisid əlavələri (məsələn ,formalin) olan sabunlarla yumaq məsləhət görülür. Ayaqlar üçün olan kremlər pəncənin dərisini yumşaldır.Bəzi kremlər isə iltihaba və göbələk xəstəliklərinə qarşı bir sıra xüsusiyətlərə malikdirlər.Krem çəkərkən ayaqları barmaqlardan başlayıb topuğa kimi masaj etmək lazımdır. 2-3 həftədən bir pedikür (pedikürün tezliyi ayağın vəziyyətindən asılı olur) eləmək yaxşıdır. Əgər dəri çox kobudlaşmamışsa,qabar yoxdursa,dırnaqlar ətə keçməmişsə,onda həftədə bir dəfə (vanna qəbul etdikdən,xörək duzu,ya da sabun köpüyü əlavə edilmiş su ilə ayaqlara vanna etdikdən sonra) ayaqların dırnaqlarını qırxmaq,üstünə çıxan əti qırağa çəkmək (kəsmək olmaz), yeyə ilə onları hamarlamaq, dabanları dabandaşı ilə sürtüb ayağın altına krem çəkmək olar. Ayaqlara çıxan tükləri depilyator vasitəsilə kənar edirlər.Əgər tüklər seyrək və
Cəmi 5384 nəfər oxuyub