Ayaqlara qulluq
nazikdirsə,onları müntəzəm olaraq 6%- li hidrogen -peroksid vasitəsilə rəngsizləşdirmək olar,bununla onlar daha nəzərə çarpmazlar.Bəzən ayaqlardakı tükləri dabandaşı ilə də təmizləyirlər.Lakin bu vaxt ehtiyatlı olmaq lazımdır ki, dəri zədələnməsin.Əvvəl ayaqları isladıb ona sabun çəkirlər,sonra dabandaşını hər dəfə isladaraq tüklərolan yerləri sürtürlər.Bundan sonra ayaqları yaxalayır və dəsmalla qurulayıb krem çəkirlər. Ayaqların vəziyyətinə və onların xarici görkəminə müvafiq gimnastik hərəkətlər yaxşı təsir göstərir.Aşağıda təsvir edilmiş hərəkətlər vasitəsilə budların daha gözəl olmasına nail ola bilərsiniz. 1-ci hərəkət:Ayaqları birləşdirib düz durun.Dizləri bir-birindən aralamadan onları yana verin.İlk vəziyyətə qayıdın.Hərəkəti 10-15 dəfə təkrar edin. 2-ci hərəkət:Stulun söykənəcəyinə dayaq verib ayaqları düz tutaraq onlarla bir neçə dəfə dairəvi hərəkətlər edin.Hərəkəti hər ayaq üçün 6 dəfə təkrar edin. Bunlardan başqa,dizlərin və baldırların "arıqlaması" üçün də hərəkətlər vardır. 1-ci hərəkət:Arxası üstə uzanın,əlləri gövdəboyu uzadın.Ayaqları qaldırıb velosiped sürməyi təqlid edin və dizlərinizi açın. 2-ci hərəkət
öşəməyə oturun.Əllərinizi arxada yerə dayaq verin.Ayaq barmaqlarını yerə dayayaraq ayaqları qatlayın.Dabanları qaldırın,barmaqları yerə dayayın.Yenə dabanları yerə qoyun.Hərəkətləri 10 dəfə təkrar edin. Daima sağlam bədən və sağlam ruh diləyi ilə.
Cəmi 5885 nəfər oxuyub
©Tatli.Biz 2010-2026