Tatli.Biz > Bədən üçün skrab və maskalar - Qarışıq Məqalələr | Tatli.Biz

Geniş Kitabxana
Bədən üçün skrab və maskalar
Əziz xanımlar, sizlərə evdə hazırlanan 2 bədən skrab-maskasını təqdim edəcəm.Həm bahalı deyil, həm də ev şəraitində bütün qadınlar bu maskanı hazırlayıb istifadə edə bilərlər.Çünki hamının mətbəxində bu ərzaqlar var, parfum mağazalarına və ya apteklərə getmək lazım olmayacaq. Skrab ev şəraitində dəri üçün əvəzedilməz təmizləyicidir. Skrab - ingilis sözüdür, Azərbaycan dilində ovuşdurmaq, qaşımaq, təmizləmək mənasını verir. Bu skrab-maskadan istifadə etdikdən sonra dərinizdəki dəyişikliyi hiss edəcəksiniz. Dərinizdə quruluq aradan götürüləcək, dəriniz yumşaq və hamar olacaqdır. Bu maskada istifadə edilmiş kofedən, ya da üyüdülərək istifadə edilmiş kofedən istifadə etmək olar. Maşında hazırlayandan sonra , yəni dəmləyəndən sonra onuatmayın, saxlayıb elə öz paketində qurudun və maskalar üçün istifadə edin. Birinci maska. 4-5 xörəkqaşığı üyüdülmüş kofe Mütləq zeytun yağı - 2 xörək qaşığı 200 qr xama - 15-20 % yağlılığı olsun 1 xörək qaşığı qatı bal Paketlərdəki kofeni şüşə qaba tökürük. Bura 2 qaşıq zeytun yağı əlavə edirik. Sonra bura xama əlavə edib qarışdırırıq. Sonra 1 qaşıq bal əlavə edib qarışdırın. Maskamız hazırdır. Maskanı yuyulub təmizlənmiş bədənə cəkib 5 dəqiqə masaj edin. Sonra ilıq su ilə təmiz yaxalanın. Bu maskandan həftədə 1 dəfə istifadə etmək olar. İkinci maska Bədən üçün istifadə etdiyiniz gel 2 xörək qaşığı zeytun yağı 3-4 xörək qaşığı üyüdülmüş kofe Bütün ərzaqlar qarışdırılır. Və 1-ci maskadakı kimi istifadə edilir. Mən bu maskalardan özüm istifadə edərək effektini görmüşəm. Sizlərə də məsləhət görürəm. Bu maska da təmiz yuyulmuş bədənə çəkilir, 5 dəqiqə gözlədikdən sonra ilıq su ilə təmız yuyunub durulanın. Həmişə gözəl olun, xanımlar.
Cemi 115 nefer oxuyub
Beyenen (22) | Beyenmeyen (31)
Paylaş:
Dostlarınla Paylaş

Logo
Bədən üçün skrab və maskalar - Qarışıq Məqalələr | Tatli.Biz
Bədən üçün skrab və maskalar məqaləsini oxumaq üçün daxil olun
Bədən üçün skrab və maskalar, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus
Saytda 110 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2020, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | mp3 | video

©Tatli.Biz 2010-2020