Döş çatlaqlarına qarşı effektli maska

Döş çatlaqlarına qarşı effektli maska


Bəzi uşaq əmizdirən qadınlar körpələrini əmizdirdikdən sonra döşlərinin sallanmasından və döş çatlarından əziyyət çəkirlər. Elə qadınlar da var ki, onların döşləri yetkinlik dövründə həddindən artıq böyüməyə başlayır və bunun nəticəsində də döşdə çatlar yaranır. Bunları nəzərə alaraq, bu problemdən əziyyət çəkən qadınlara döş çatlaqları və sinə yığıcı, həcmləndirirci (sallanmış döşləri yığıb onları əvvəlki vəziyyətə gətirən) maska təqdim edirəm. Bunun üçün bizə lazım olacaq: 2 ədəd yetişmiş, soyulmuş və əzilmiş avokado 3 x.q ağ gil 3 x.q çobanyastığı yağı 1 ç.q anason yağı (adi cirəgülü) Bütün bunları ardıcıllıqla qarışdırıb krem halına gətiririk. Bu maskanın istifadəsindən öncə bir az dərinizə çəkib bədəninizə düşüb-düşməməyinə diqqət etməniz lazımdır. Əgər dərinizdə qızartı əmələ gələrsə, bu maskadan qətiyyən istifadə etməyin. Maskanın istifadəsindən əvvəl döşlərinizi masaj edin. Hər döşü 5 dəqiqə ərzində masaj etməniz qan dövranının sürətlənməsinə və maskanın daha da effektli təsir etməsinə səbəb olacaqdır. Masaj etdikdən sonra maskanı sinənizin hər yerinə çəkin (döşün qəhvə rəngli bölgəsinə və döş uclarına çəkmək qətiyyən olmaz). Daha sonra sanki sarğılanırmış kimi bintlə və ya streclə (streclər marketlərdə satılır) maskanın üzəri bağlanır. Sarğı çəkilmiş kütlənin dəriyə daha da dərindən nüfuz etməsinə səbəb olacaqdır. 30 dəqiqə saxladıqdan sonramaska bədəndənsoyuq suyla yuyulur. Bu maskanı 10 gündən bir etmək lazımdır.
Cəmi 1657 nəfər oxuyub
Bəyənən (191) | Bəyənməyən (217)
Dostlarınla Paylaş

Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024