İdeal ayaqlara sahib olmanın yolları

İdeal ayaqlara sahib olmanın yolları


Əziz qadınlar, yəqin elə adam yoxdur ki, az da olsa ayaqda yaranan problemlərdən narahat olmasın. Bu narahatçılıq əsasən yay aylarında üzə çıxır. Buna görə də ayaq baxımına tək yay aylarında deyil, ilin hər fəslində baxmaq lazımdır. Bunun üçün müxtəlif vasitələrin bir neçəsini sizə təqdim edirəm. 1. Müntəzəm təmizləmə. Ayaq dərisi üz dərisi kimi təmizlik istəyir. Ayaqlar minimum gündə bir dəfə ilıq su ilə yuyulmalıdır. Çirki təmizləmək üçün duş geli və ya sabundan istifadə edin. Üz kimi ayaqları da skrabla təmizləmək lazımdır. Qışda həftədə bir dəfə, yayda isə iki, üç dəfə skrabdan yararlanmaq olar. Lakin skrab seçərkən sağaldıcı komponentli skrab seçmək lazımdır. Skrabdan sonra dabanlar yumşaq, hamar, qulluq olunmuş kimi görünür. 2. Qidalanma , nəmləndirmə. Duş və vannadan sonra ayaqlar dəsmalla tam silinməli, qidalandırıcı krem cəkilməlidir. Prosedur üçün ideal vaxt yatmazdan 1-2 saat əvvəldir. Gecəboyu aktiv komponentlər dəriyə hopur və yaxşı təsi göstərir. Yaxşı olardı ki, kremin tərkibində çobanyastığı, adaçayı kimi komponentlər yer tutsun. 3. Xoşagəlməz qoxuya son. Buna səbəb bakteriyalardır. Bu bakteriyalar rütubətdə çoxaldığı üçün ayağı quru saxlamaq lazımdır. Ayaqları tərləməyə meylli olan adamlar "büzücü" bitkilərlə vanna etməlidirlər. Bu bitkilərə ardıc, palıd ağacının qabığı və yarpağı aiddir. 2-3 cay qaşığı qurudulmuş otu 0,5 litr qaynar suda həll edib soyuduqdan sonra istifadə etmək olar. 4. Dezodorant və talk Gün ərzində tərləmənin qarşısını almaq üçün ayaqlara keyfiyyətli dezodorant vurmaq lazımdır. Bu vasitə həm tərləməni gecikdirir, həm də qoxunu yox edir. Əgər bağlı ayaqqabı geyinirsinizsə, barmaqların arasına talk vurmaq lazımdır ki, ayaqda olan nəmi çəksin. 5. Balaca, narahat ayaqqabıya yox! Zədələnən dəri
[1] 2 3 >>
Cəmi 618 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 108 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024