Dərini gənc saxlayan məyvələr

Dərini gənc saxlayan məyvələr


meyvələr həmişə dəriyə çox yaxşı təsir edir. Məsələn, ərik B və dəri üçün əhəmiyyətli olan E vitaminlərini təmin edir. Lif nisbətinin yüksək olması da əriyin əhəmiyyətini artırır. Əriyin qurusunu da seçə bilərsiniz. Yazda təzəsini, qışda isə qurusunu yeyə bilərsiniz. Gənc qalmaq istəyənlər, bu meyvəni əlinizin altından əskik etməyin. Çiyələk Bir ovuc çiyələk möcüzələr yaradır. Bədənin kalori istehsalı üçün lazımlı olan antioksidantları təmin edir. İçində gündəlik ehtiyacımız olan C vitamini var. Bu meyvə pəhrizdə olanlar üçün idealdır, çünki kalorisi azdır. Gündə üç-dörd çiyələk yesəniz, iki ay sonra dərinizdəki dəyişikliyi hiss edəcəksiniz. Qovun Bəzi dərilər qaşınır və qabıq verir. Belə problemlərdə beta karoten ehtiyacını təmin edən qovun yemək lazımdır. İçində qırışları yox edən maddə var. Qovun günəş ləkələrinə də mane olur. Moruq Moruq tərkibindəki çox miqdarda A vitaminini ilə dəriniz üçün faydalıdır.Tərkibindəki B1 vitamini həm də sinirə yaxşı təsir edir. C vitamini dəri toxuması üçün müsbət nəticələr verir. Dartılmış, şux bir dəriyə sahib olmaq istəyən insanlar moruq yeməlidir.
<< 1 [2]
Cəmi 573 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024