Ayaqdakı qabarlara qarşı qulluq

Ayaqdakı qabarlara qarşı qulluq


Əziz Qadin.Netin sevimli və baxımlı xanımları! Qarşıdan yay gəlir. Bağda, dəniz kənarinda ayaqyalın gəzməkdən dabanlarımızda çatların və ya qabarların necə yarandığının heç fərqində belə olmuruq. Əminəm ki, heç bir xanım baxımsız olmaq istəməz. Ev şəraitində ayaqlarda əmələ gəlmiş qabar və çatlara qarşı mübarizə üsulları: Qara çörəkdən kiçik kürələr düzəldib, sirkədə isladın. Axşam yatanda qabarların üstünə qoyub bağlayın. Dərin və köhnə qabarların üzərinə ayaq vannasından sonra əzvay (aloe) yarpağı qoymaq lazımdır. Limondan bir dilim kəsib, qabarın üzərinə qoyun və bintlə möhkəm sarıyın. Əgər ayaqları soğan qaynadılmış suda müntəzəm olaraq yusanız, ayaqdakı qabarlar öz-özünə çəkiləcək. Ümumiyyətlə, ayaqlarda qabar və çat kimi problemlər olmasın deyə 100 qr. çiy kök yeyin, A vitamini qəbul edin. Ayaqlar üçün vanna: 1.İsti vanna: 1 litr suya 10 q duz və 20 q sabun əzib qatın. Ayaqları bu vannada 20 dəqiqə saxlayın. 2. Soyuq duzlu vanna: 1 litr suda 1 xörək qaşığı duzu həll edin. Prosedur 10-25 dəqiqə çəkir. Vannadan sonra dabanlari sürtün. P.S. Adətən analarımız, nənələrimiz ayaqdakı çatlarla mübarizədə duş qəbul edərkən daban daşından istifadə edirlər. Bəs siz hansı üsullara əl atırsınız?
Cəmi 1637 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023