Duzlu manikur

Duzlu manikur


Gözəllik haqqında videolar axtararkən duzlu dırnaq manikürü edilməsi ilə rastlaşadım. Həm çox ləvazimat tələb olunmur, ucuz və sərfəlidi. Mən çox bəyəndim, sizlərə duzlu manikür necə edilir qısaca izah edim: 1. İlk əvvəl dırnaqlarınızı istədiyiniz dırnaq boyası ilə rəngləyin. 2. Ya təkcə sadə boya istifadə edin ya da hər barmağınıza bir rəng vurun. 3. Bir kağız parçasının üzərinə bir qədər iri dənəvər duz tökün. 4. Daha sonra dırnaqlarınıza rəngsiz dırnaq boyası çəkin. 5. Dərhal dırnaqlarınızın hər yerinə kağızın üzərinə tökdüyünüz duzu səpin. 6. İncə şəkildə dırnaqlarınızın üzərindəki duzu basın ki, dırnaqlarınıza yaxşı yapışsın. 7. Sonra əlinizi tərsinə çevirib əlinizi çırpın, artıq duzlar tökülsün, bunu hər iki əlinizdəki dırnaqlar üçün bir-bir edin. 8. Dırnaqlarınızın tamamilə qurumasını gözləyin. 9. Və nəhayət, manikürü tamamlamaq üçün dırnaqlarınıza rəngsiz dırnaq boyası çəkin. Bu duzun xarici təsirlərdən əriməsinin qarşısını alacaq. Buyurun siz də videoya baxın və dırnaqlarınızda incə görünüş yaradın:
Cəmi 1549 nəfər oxuyub
Bəyənən (193) | Bəyənməyən (184)
Dostlarınla Paylaş

Saytda 169 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023