Xonça gətirmək
Tatli.Biz

Xonça gətirmək


Toyun əsas atributlarından biri içində ayrı-ayrılıqda pal-paltar, zinət əşyaları və şirniyyat yerləşən bağlam – xonça gətirmədir. Boğçadan fərqli olaraq, onun əsasını dördbucaq şəkilli qalın parça, yaxud ağacdan yonulmuş tabaq və ya dəyirmi metal lövhə, bəzən qızılı məcməyi, sonralar isə naxışlı sini təşkil edir. Əşyalar oraya düzüldükdən sonra o, al qırmızı zərli saçaqlı və ya alabəzək ipək parça, yaxud tirmə şala bükülür. Ancaq örtüklərin dörd bucağı düyünlənməmiş qalın sap və ya sancaqla bənd edilir.

Çox vaxt başlarda aparılan bu bağlamalar həm tərkibi, həm zahiri görünüşü, həm də ünvan sahiblərinə görə bir-birindən fərqlənirlər.

Xonçaların böyüyünü evin və ya masanın ortasına qoyur, kiçik xonçaları isə, sayından asılı olaraq böyük xonçanın ətrafına düzürlər. Qaydaya görə, toy şənlikləri zamanı onların üstünə on ikidən artıq olmayan rəngarəng şamlar düzülür.

Məlum olan ənənəvi yemək və paltar xonçalarının adları bunlardır: "ağxonça", "bayramxonçası", "bəy xonçası", "bəzəkxonçası", "çərşənbə xonçası", "gəlin xonçası", "qəndxonçası", "xızır xonçası", "xınayaxdı xonçası", "xuşkəbər xonçası", " nişan xonçası", "novbahar xonçası", "nübar xonçası", "sərpayı xonçası", "şirinxonça / şirniqabağı xonça / şirni xonçası", "toy xonçası", "üzükxonçası", "yeddilövünxonçası", "yengəxonçası" və sair. Borçalıda bu bağlamaya "xon", Qazaxda isə "bağlanc" deyirlər.

Nişandan sonra qız kimin toyuna, nişanına gedərsə, onun adına oğlan evi tərəfindən xonça gətirirlər. Məclisdə qızlar bir tərəfdə otururlar. Qayınana əlində xonça oynaya-oynaya məclisə girir və gəlininin qabağına gəlir. Alnından öpüb onu qaldırır və xonçanı onun yerinə qoyur. Qaynana gələcək gəlinini oynadır. Bundan sonra baldız, qayın və bəy gəlini oynadırlar.

Oğlan evində Novruz və digər xalq bayramları şərəfinə nişanlı qızlara aparılan və həmin qız evindən oğlan evinə gətirilən xüsusi bayram xonçasına "ağ xonça" deyirlər. Üstü qırmızı kəlağayı və ya saçaqlı tirməşalla örtülən bu xonçaya səməni qoyar, içində rəngli şamlar yandırarlarmışlar. Onun başqa adı "bayram yemişi", "görəlgə" və "novruzpayı"dır
Cemi 225 nefer oxuyub
Beyen(47) | Beyenme(41)
Dostlarınla Paylaş

Xonça gətirmək məqaləsini oxu


Xonça gətirmək, Evlilik Mərasimi, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Xonça gətirmək, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Saytda 132 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021