Üzük xonçası

Üzük xonçası


Böyük nişan mərasimində qızgilə aparılan xonçalar arasında içində saçaqlı baş yaylığı şal və nişan üzüyü yerləşdirilmiş nişan xonçasına üzük xonçası da deyirlər. Oğlanın əmisi, yaxud doğma dayısının apardığı bu xonçaya, şal və üzüklə yanaşı noğul-nabat da düzülür. Bu xonça indiki Abşeron toyları üçün daha səciyyəvidir. Lənkəranda isə nişan üzüyünü həmin xonçaya qoyulmuş bir balığın ağzına keçirirlər. Bu da bərəkət, uğurlu nikah, uzunömürlülük arzusu ilə bağlıdır. Xonçanın başqa adı "nişanbaxtı"dır.
Cəmi 771 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 104 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023