Bayramlıq

Bayramlıq


Toya qədər bütün bayramlarda qız evinə bayramlıq gətirərlər. Bunlardan ən maraqlısı Novruz bayramında gəlir. Bu bayrama oğlan evi həvəslə hazırlaşır. Ya axır çərşənbədə, ya da bayram axşamında gəlinə bayramlıq gətirərlər. Gətirilən hədiyələrdə qıza qırmızı rəngli paltar, yaylıq və bir zinət əşyası da olar. Əlavə olaraq qız evinə başına xına qoyulmuş buynuzlu qoç da gətirilir.

Bundan başqa şəkərbura, paxlava, qatdama, qoz-fındıq, innab, xurma ilə dolu xonçalar, şamlarla bəzədilmiş səməni və səbətlər gətirilir. Burada müxtəlif bölgələrin adətlərinə əsasən müəyyən fərqlər də vardır. Misal üçün, cənub bölgəsində bayram xonçasında gəlin üçün mütləq balıq aparılır. Balığın burnuna qızıl üzük taxılır. Gəlinin başına, əlinə, ayağına bayram gecəsi xına yaxılır.[
Cəmi 635 nəfər oxuyub
Bəyənən (140) | Bəyənməyən (127)
Dostlarınla Paylaş

Saytda 193 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024