Cehiz

Cehiz


Ərə verilən qıza ata evindən gündəlik həyat, ev-eşik üçün ən vacib sayılan əşyalar verilir. Əvvələr qız evi bu əşyaları oğlan evindən aldığı başlığın hesabına əldə edirdi. İllər keçdikcə bu adətin forması və alınma mənbəyi dəyişikliyə məruz qalıb.

Vaxtilə kasıb ailələrdə cehiz anasından qızına bir miras tək ötürülürdü. Qız doğulduğu gündən başlayaraq, anası öz cehizindən qalmış əşyaları və çatmayanları yenidən alaraq əlavə edilir, ayrıca bir sandığa yığırdı. El-oba qaydasına görə, ev əşyalarının çoxunu nişanlı qız özü hazırlayır, xalı, corab toxuyur, saatqabı, tənbəki kisəsi və s. tikirdi. Varlı ailələrdə isə cehizi tamamilə yenidən toplayardılar.

Tədarük işləri böyük nişantaxdı mərasimindən sonra toy günlərinə qədər davam etdirilirdi. Bu müddət ərzində həmin avadanlığın bir hissəsi qonum-qonşu qadınların köməyilə düzəlir, yun yuyulub daranır, yorğan-döşək tutulur, xalça-palaz toxunur və s. vacib işlər görülürdü.

El-oba qaydasınca, buraya köməyə gəlmiş hər subay qıza bir tikə yorğan-döşək parçasından və bir çəngə yun verib "başına gəlsin" deyilərmiş. Yaxın qohumların verdiyi və qonaqların özləri ilə qız toyuna gətirdikləri hədiyyələr (bunlar qazan, tas, ləyən, sürahi, və s. olurdu) də cehizə qatılır. Qız evi kasıb olduqda, çox vaxt adaxlı oğlan özü bu əşyaları toplayıb toy gününə qədər qızgilə çatdırır və gəlinapardı mərasimində onu gəlin qız ilə birlikdə ər evinə daşıyırlar.

Keçən əsrin əvvəllərində qeydə alınmış və cehizə daxil olan ənənəvi əşyalar bunlardır: hər ailə üçün vacib sayılan Quran kitabı, üstündə namaz qılmaq üçün əbrişim şaldan tikilmiş iki-üç canamaz, möhürqabı, yüz bir danəli təsbeh. Daha sonra iki adamlıq qırmızı yorğan və qırmızı
[1] 2 3 >>
Cəmi 731 nəfər oxuyub
Bəyənən (122) | Bəyənməyən (129)
Dostlarınla Paylaş

Saytda 238 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024