Qızgördü

Qızgördü


Oğlan bəyənib-seçdiyi qızla evlənmək fikrinə düşdüyünü ata-anasına bildirdikdən sonra, oğlan evində qızın ailəsi haqda kifayət qədər məlumat yoxdursa, oğlan anasının, yaxud onun böyük bacısının (bir yaxın qohumu və ya bundan ötrü dəvət edilmiş ara arvadının iştirakı ilə) keçirdiyi elçilik qabağı qızgördüsünə gedirdilər.

Bu mərhələni həyata keçirən, evin qadınları olsalar da, prosesdə görünməz şəkildə kişilər də iştirak edirlər. Oğlan atası oğlanın anasına qız və onun yaxın qohum-qardaşı haqda lazımi məlumat toplamağı tapşırır.

Bu tapşırıqdan sonra oğlanın yaxın qohumları müxtəlif yol və vasitələrlə qızın özü, valideynləri, nəsli-nəcabəti barədə müəyyən məlumat əldə etməyə çalışırlar. Bundan sonra oğlan evi qadınları qızın ailə üzvləri ilə yaxından görüb təmas qurmaq üçün onlar gedirlər.

Bu "görüşə", bir adət olaraq, səhər tezdən və qəfildən gedilir ki, qız yuxudan oyanandan sonra üzgözünə bəzək-düzək vurmasın. Oğlan evi qadınları qız qapısını döyüb yoldan keçən bir insan tək bəhanə ilə həyətə və evə daxil olurlar. İçəriyə daxil olan "qonaqlar" heç bir şeyi üzə vurmur, mətləbə dəxli olmayan müxtəlif söhbətlər edir, hər vasitə ilə əsas məqsədlərini gizlədirlər. Söhbət arası ev sahiblərindən qızına su gətizdirməyi xahiş edirlər. Bu zaman gözaltı qızın əl-ayağı, oturub durmağı, yerişi və zahiri görkəminə xüsusi diqqət yetirir, onu mütləq danışdırmağa çalışır, fürsət tapıb başına sığal çəkərək hörüyünün təbii, yoxsa süni olduğunu yoxlayır, bəzən isə bir bəhanə ilə qızın dodağından öpüb ağzında qoxu olub-olmadığını müəyyən edirlər.

Uzaq keçmişdə görücülər bunlarla kifayətlənməyib qızın qulağının yaxşı eşidib-eşitməməsinə, gözünün nə dərəcədə
[1] 2 >>
Cəmi 758 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024