Qız bəyənmə


Qədim el adətlərinə görə qızı ilk dəfə görən və evlənmək yaşında olan oğlan, qızı bəyənirsə, yaxın adamlarına bunu xəbər eləyir. Qızın yerini-yurdunu öyrənib xəbər tuturlar. Ailəsinin, atasının, anasının, bacı və qardaşlarının kimliyini öyrənirlər.[2] Ailəsi-kökü oğlan tərəfi razı salırsa oğlan qızla danışmağa və özü haqqında onda müsbət rəy yaratmağa çalışır. Sonra qızın valideynlərinin fikri öyrənilir.[3] Bunun üçün qızın yaxın adamlarına – xalasına, bibisinə, anasına xəbər göndərir. Onların fikri öyrənilir.[4]

Ümumiyyətlə "ara düzəltmə" işində vasitəçilərin böyük rolu olur. Bu şəxslər oğlan və qız tərəfə geniş məlumatlar verir, razılığa gəlmə prosesində mühüm rol oynayırlar.

Qədim dövrlərdən kənd yerlərində qızlar bulaq başında görülər, bəyənilərdi. Şəhərlərdə oğlan anaları gələcək gəlinlərini həftə hamamında seçər, gözü tutanı oğluna məsləhət görərdi. Oğlan da toyda-mağarda, məsləhət bilinəni görər, öz fikrini bildirərdi. Əksər hallarda onun fikri ilə ananın fikri üst-üstə düşərdi. Sonra xəbər göndərmə mərhələsi başlayardı.Həmçinin o dövrdə gələcək gəlinin sağlamlığına, iş görmək qabiliyyətinə mühüm üstünlük verilərdi.[5]

Bu adət Azərbaycan istehsalı olan məşhur filmlərdə çox gözəl şəkildə öz əksini tapmışdır.
Cemi 209 nefer oxuyub
Beyen(46) | Beyenme(45)
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Qız bəyənmə məqaləsini oxu


Qız bəyənmə, Evlilik Mərasimi, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Qız bəyənmə, yukle

Saytda 63 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021