Nişan - Evlilik Mərasimi


Geniş Kitabxana
Nişan
Subaydım soltandım, nişanlandım xan oldum"
Elçilikdən bir müddət sonra hər iki tərəfin təyin etdiyi vaxtda qız evinə nişan gəlir. Buna oğlan tərəf çoxdan hazırlaşmış olur. Nişanda qız üçün lazım olan paltarlar, kosmetik vasitələr, ziynət əşyaları, şirniyyat və meyvə xonçaları gətirirlər. Şirniyyat xonçalarına paxlava, şəkərbura və ən yaxşı konfetlər daxildir.

Bir neçə xonça isə çərəz və quru meyvələrdən düzəldilir. Nişan Novruz bayramı ərəfəsində olarsa, o zaman qız evinə xüsusi bəzədilmiş səməni də aparılır. Nişanda təkcə ayaqqabı gətirilmir, hesab edilir ki, ayaqqabı darlıqdır. Onu da ara günlərdə qayınana gəlinin yanına gələndə gətirir. Qıza nişanda alınan paltarlar adətən qırmızı rəngdə olur. Qara rəngdə heç nə alınmır.

Nişanda qız üçün zərif naxışlı qırmızı yaylıq gətirilir. Bu nişan mərasiminin ən önəmli atributlarından biridir. Nişanda bütün xərci çox vaxt oğlan evi çəkir. Süfrə üçün soğandan başqa bütün ərzaq göndərilir. Soğan acılıq hesab edilir, ona görə də qız evinə soğan göndərilmir.

Oğlan evindən nişan qırmızı lentlə bəzədilmiş xonçalarda və çamadanlarda gətirilir.

Yemək süfrəsindən sonra, ortaya oğlan evindən gətirilmiş tort verilir. Yeməkdən sonra süfrə yığılır və qızı yuxarı başda oturdurlar. Qabağına güzgü qoyurlar və şam yandırırlar. Xonçaları dövrəsinə düzürlər. Bundan sonra oğlan yengəsi (qardaşı arvadı) xonçanın üstünə nemət, noğul atır. Qız yengəsi də gəlib nemət, şirinlik atır. Daha sonra oğlanın bacısı (bacısı olmazsa yaxın qız qohumu) gətirilən xonçalardakı əşyaları nümayiş etdirməyə başlayır. Oturanlar da bir ağızdan "mübarəkdir" söyləyirlər. Sonra nişana gətirilmiş ətirlərdən birini götürüb oturanlara verirlər və hamı onunla ətirlənir.
Cemi 218 nefer oxuyub
Beyen(41) | Beyenme(46)
Paylaş:
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Nişan məqaləsini oxumaq üçün daxil olun


Nişan, Evlilik Mərasimi, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, Nişan - Evlilik Mərasimi

Saytda 92 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021