Geniş Kitabxana
Xina yaxdı
Qızlar otağın birinə yığışır və qız yengəsi islanmış xınanı götürüb ortada oynamağa başlayır. Sonra bir sini, bir də boş bir kasanı gətirib oğlan adamının qabağına qoyur. O isə boş kasaya pul atıb xınanı götürür. Oynaya-oynaya qızın yanına gəlir, onun əllərinə, ayaqlarına xına qoyulur. Sonra da məclisdəkilərin qabağına gətirilir. Hamı xına qoyub, nəmər salır. Gəlinə xına yaxıldıqdan sonra bəzi bölgələrdə oğlan evinin yaxınları, qohumları gəlinə ayrıca hədiyyə verirlər.

Gəlinin qarşısına su ilə doldurulmuş kasa qoyulur. Qızın yengəsi, ya da qızın qardaşı arvadı xınanı payladıqdan sonra oğlanın qohumlarının gətirdiyi zinət əşyaları gəlinə təqdim olunmağa başlanır. Bu hədiyyələrdə bəyin valideynlərinin gəlin üçün gətirdiyi zinət əşyaları ilə yanaşı, qohumlarının da payı olur. Əvvəlcə gəlinin qayınanasının gətirdiyi qızıllar hamının gözü qarşısında göstərilərək gəlinin üstünə taxılır.

Əgər zinət əşyalarından iki ədəd olursa, biri sudakı kasanın içinə salınır. Qayınananın gətirdiyi zinət əşyaları təqdim olunduqdan sonra oğlan qohumlarının hədiyyələri təqdim olunur. Oğlanın yaxın qohumlarının gətirdikləri zinət-qızıl əşyaları təqdim edildikcə su ilə doldurulmuş kasaya atırlar. Bir qayda olaraq kasa yarıya qədər zinət əşyası ilə doldurulur. Bu qızıllar gəlinə mütləq çatır. Hədiyyə gətirənlər zinət əşyaları ilə yanaşı, oğlan evinin qohumları olaraq xonça da tuturlar.

Qızlar "xınayaxdı"da olanda oğlanlar oynayıb şənlənirlər. Bu vaxt qız tərəfdən bir nəfər "ikirəngli" çay gətirib bəyin və dostlarının qabağına qoyur. Onlar da çayı içib, boş nəlbəkiyə nəmər qoyurlar. Qızlardan biri xına gətirir və oğlanlar da xınaya çəçələ barmağını batırırlar .[13]

Lənkəran toylarında qız toyu ərəfəsində keçirilən "Xınayaxdı" mərasimində bir sıra mahnılar ifa olunur; gəlinin ətrafına toplanmış qız-gəlinlər "Xınayaxdı", "Əllərə xına yaxanlar", "Aman nənə" kimi mahnıları oxuyardılar.

"Xınayaxdı"da da, qız toyunda da mahnılar çox vaxt "Tək qaval" adlanan prinsiplə oxunardı. Qızlar, qadınlar dövrə vurub əyləşər, onlardan biri ("solist") əlində qaval ortada oturarmış. Oxunan mahnıların nəqarətini dövrə vuranlar xor şəklində oxuyar, "solist" isə qaval çala-çala mahnıların bəndini misra-misra ifa edərdi (hər misradan sonra xor ona nəqarətlə cavab verərmiş).
Cemi 156 nefer oxuyub
Beyen(31) | Beyenme(35)
Paylaş:
Evlilik Mərasimi
Dostlarınla Paylaş

Xina yaxdı - Evlilik Mərasimi | Tatli.Biz
Xina yaxdı məqaləsini oxumaq üçün daxil olun
Xina yaxdı, Evlilik Mərasimi, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 121 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia | media

©Tatli.Biz 2010-2021