Kəbin kəsdirmə

Kəbin kəsdirmə


Kəbin kəsdirmə toy günündən bir neçə gün qabaq olur. XX əsrin əvvəllərinə qədər kəbini molla kəsirmiş. Bu mərasimdə hər iki tərəfdən iştirak edərlər. Hər iki tərəfdən bir nəfər şahid olmalı idi. Zəhməthaqqı kimi mollaya 3 manat pul, bir kəllə qənd pay verərmişlər. Kəllə qəndin çəkisi 8 kq olarmış. Bundan əlavə kəbin kəsdirilərkən gəlini sığortalamaq üçün kəbinin qeydiyyatına müəyyən miqdarda qızıl da yazılarmış.

Kəbinkəsdirmədə təqdim olunan qızıl gəlinin halal malı sayılarmış. Kəbinkəsdirmədə hər iki tərəfin yaxın adamı, bir çox hallarda isə qız və oğlan iştirak edərdilər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra cəmiyyət tərəfindən nikahın dövlət tərəfindən qeyd olunması formasına üstünlük verildi.[15][16] Kəbinkəsdirmə bəzi yerlərdə nişanlama mərasimi zamanı, digər yerlərdə paltarkəsdi toyundan sonra, çox vaxt isə elə toy günü həyata keçirilir.

Bəzi bölgələrdə bu mərasimə biri oğlan, biri qız tərəfdən olmaqla iki molla dəvət edilərmiş.

Kəbini hər mollanın kəsməsinə icazə verilməzmiş, bu, şəriətdən başı çıxan və nüfuzlu ruhani olmalı idi. Mərasimdə, oğlan və qız evindən gəlmiş iki vəkil, oğlan ilə qızın kəbinə razı olduqlarını molla yanında bildirib şərtlərini irəli sürürdülər. Adətən, burada qızın vəkili oğlan evindən 81, 201, 259, 501, 1001 və digər sayda qızıl məbləğində kəbinpulu istəyərdi. Müəyyən məsləhətləşmələrdən sonra tərəflər müəyyən məbləğə razılaşır, molla da şəriətin bütün qaydalarına əməl etməklə, "fatihə-xeyir" kəbin duasını oxuyub nikahı kəsirdi.

Mərasim qız evində keçirildikdə, buraya oğlangildən bir neçə mötəbər kişi gələrdi. Onlar üçün xüsusi kəbin süfrəsi açırlarmış. Başqa bir otaqda nişanlı qızı üzü qibləyə gəlinlik taxtına
[1] 2 3 >>
Cəmi 806 nəfər oxuyub
Bəyənən (146) | Bəyənməyən (145)
Dostlarınla Paylaş

Saytda 176 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024