Gəlinlik paltarı

Gəlinlik paltarı


Oğlan evinin gəlin qız üçün xüsusi olaraq toy məclislərində geyilməkdən ötrü tikdirdiyi bütün üst-başın, həmçinin lap üstdən geyilən dəbdəbəli başpaltarı dəstinin adı.

Əski adət-ənənələrə görə, gəlin öz toyunda başdan ayağa kimi yalnız oğlan evinin biçib-tikdirdiyi və ya aldığı paltarları geyməlidir. Buraya əsas etibarilə "zircamə" deyilən bəxt köynəyi, yun şal, yaxud qırmızı məxmər və ya zərxaradan tikilib yaxası pullu, üzəri əl ilə işlənmiş üst paltarı "don" və ya "nimtənə" deyilən qolsuz bir gödəkçə, yaxud ətəyinə bafta, qaytan və gümüş pullar tikilmiş "ətəklik" adlanan kofta, xara tuman və s. libaslar daxildir. Ötən çağlar bu dəstdə ipək və məxmər parçalardan tikilmiş gəlinlik arxalığı da daxil olub.

Bundan başqa, gəlinə bir uzunboğaz çəkmə də geydirilir. Onun boğazı, adətən, nazüc və yumşaq keçi və ya qoyun dərisi "tumac"dan tikildiyi halda, o biri hissələri yaşıl dəridən olur. Bu cür çəkmə olmazsa, toy günü gəlin qız oğlan evindən ondan ötrü gətirilmiş ata minməyə qəti etiraz edirmiş.

Bəzi yerlərdə isə nişanlı qıza oğlan tərəfin apardığı üç cüt başmaqdan biri ağ, yaşıl və ya atın sağrı gönündən hazırlanmış bənövşəyi rəngli dikburun "sağrıbaşmaq" geydirilir.

Qaydaya görə, gəlinin bahalı parçalardan tikilmiş üst paltarının rəngi hökmən al qumaşa çalmalıdır (astarı ağ parçadan olmaq şərtilə). Xalq ədəbiyyatında gəlin qız bu geyimdə "xaşxaş" gülünə bənzədilir.

Üst paltar və duvaq bütün türk xalqları arasında, ağ-bəyaz rəngdə olduğu halda, azərbaycan xalqında bu geyim tarix boyu od-alov və can sağlığının rəmzi sayılan müqəddəs al qırmızı rəngdə olmuşdur. Gəlin aparılan zaman onun qoluna qırmızı parça bağlanması, başına qırmızı çalma vurulması əski odsevərlik çağlarının
[1] 2 >>
Cəmi 804 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023