Gəlin bəzəmə

Gəlin bəzəmə


Bu adətə qız evindən toy şənliklərinə ər evinə köçürüləcək gəlin qızın geyindirilib bəzənməsi aiddir.

Adət-ənənəyə görə, yalnız kəbinkəsdi mərasimindən sonra başlanan bu işlə, bir qayda olaraq, el-oba içində məşşatə adı ilə bəlli olan xüsusi bəzəkçi, usta qadın, yaxud qız yengəsi məşğul olur. Toy günü gəlin qız kənar adamların gözünə görünməsin deyə, onu bəzək otağında ipək pərdə, yaxud zərli örpək arxasında oturtdururlar.

Əvvəlcə saçkəsdi tədbiri həyata keçirilir. Burada qızın hörükləri kəsilib cavan gəlinlərə məxsus yeni biçimdə daranır. Bunun ardınca, üzalma , gəlinlik paltarının geyindirilməsi və nəhayət, qızın başı və boyun-boğazının zinət əşyaları ilə süslənməsi icra olunur.

Əski qaydaya görə, gəlin qız öz toyunda başdan-ayağa kimi ancaq oğlan evinin gətirdiyi pal-paltarı geyib, gələcək ərinin ona bəxş etdiyi zinət əşyaları ilə bəzənməlidir. Bu tədbirdə sonsuz və ya yas saxlayan qadın, qırxı çıxmamış zahı və həmzatlı qadınların iştirakına yol verilmir.

Başıbütöv qadın, yaxud qızın yaxın qohumlarından biri ilk əvvəl, qızın başı üstə yaxası açılmamış bəxt köynəyinin yaxasını açır və "bismillah" deyərək, onu qızın başına keçirir.

Sonra gəlinə qırmızı məxmər don, xara tuman və s. paltar geydirilir. Başına "dingə" vurub, üstündən "dördrəng" deyilən ipək yaylıq bağladıqdan sonra onu boğazaltının qarmaqları ilə bəndləyirlər. Ardınca, qızın saçlarına xırda mirvari düzür, qulaqlarına minalı sırğa, barmaqlarına qaşlı üzük, qollarına bilərzik, boynuna həmayıl, gözmuncuğu və mərcan asırlar.

Sinəsinə "qızügül", yaxasına isə "yaxalıq" keçirib, belinə gümüş kəmər (onsuz qız verilməz), varlı ailələrdə "təkbənd" və ya "girvənkə toqqa" deyilən qızıl kəmər və ya dəri
[1] 2 3 >>
Cəmi 1027 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 164 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024