Bəylik papağı


Bəydurma mərasimində adaxlı oğlanın başına qoyulan qaragül dərisindən şişpapaq, yaxud "daqqa" və ya "yappa" papağı qoyulur. Birincisi konusvari biçimli, təpəsi yastı olduğu halda, ikincisinin aşağısı və yuxarısı eyni ölçüdə olub, üstü mahuddan tikilirdi.

Ötən zamanlarda bu cür papaqlar yalnız "bəy ailələri"nə məxsus olduğu üçün ancaq toy günləri geyilir, sonra isə hərə öz zümrəsinə uyğun papaq (keçmişdə başıaçıq gəzmək qəbahət sayılırdı) qoyurdu.

Bəzi yerlərin adətincə, bu papağı qız evinə aparıb belbağlama ayini zamanı gəlin qızın başına üç dəfə qoyub çıxarırlar.

Digər bölgələrin adətinə görə, qız anası toy ərəfəsində bəy oğlana papaq altından geymək üçün qırağı qızılı və gümüşü baftaya tutulmuş "istiba təsək" deyilən bəzəkli bir araxçın göndərirdi. Keçmiş əyyamlarda isə bu mirvaridən gül-çiçək naxışları ilə bəzənmiş "səhrə" deyilən xüsusi bir çələng olmuşdur. Bununla adaxlı oğlan rəmzi şəkildə, "başıbağlar", yəni evli kişilər cərgəsinə daxil olmuş hesab edilirdi.
Cemi 235 nefer oxuyub
Beyen(55) | Beyenme(56)
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Bəylik papağı məqaləsini oxu


Bəylik papağı, Evlilik Mərasimi, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Bəylik papağı, yukle

Saytda 99 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021