Şabaş


Toy və nişan məclislərində rəqs edənlərin başı üzərində havaya atılan, onların ayağı altına səpilən, yaxud ağzına, əlinə verilən, eləcə də xanəndə və çalğıçıları həvəsləndirmək üçün onların önünə atılan kağız pul.

Bir qayda olaraq, yığılan şabaş ya musiqiçilərə, ya da toy sahibinə çatır onlar bunu öz aralarında toydan əvvəl razılaşdırırlar.

Rəqs bitdikdə, oynayanlar əllərindəki pulları çalğıçıların qabağına, adətən, burada açıq qoyulmuş bir musiqi alətinin (dəfin, qarmonun) qabına atırlar. Yerə səpələnmiş pulları da bu vaxt yığıb həmin qutuya atırlar (bu iş, adətən, bir-iki gəncin öhdəsində olur). Bəzi qonaqlar onlara verilən şabaşı özlərində saxlayırlar. Bəzən də rəqs bitdikdə toyxananın ortasında "zirək" uşaqlar peyda olurlar: yerə səpələnmiş pullardan bir az yığıb tez aradan çıxmağa cəhd göstərirlər. Adətən, əli çubuqlu fərraşdan başqa bu uşaqları qovan olmur.

Şabaş vermək məclisdə rəqs edən qohum-qardaşın, yaxın dost-tanışın və ya rəqqasın gözəl oyununu qiymətləndirmək, ona həmişə şadlıq içində yaşamağı arzulamaq hissindən ani doğan hərəkətdir. Hər iki tərəf onu həmişə sevinc və razılıq hissilə qarşılayır və əksinə, oynayan şəxsə heç kəs pul verməzsə, o çox pərt olub xəcalət çəkir.

Qaydaya görə, rəqs edən şəxs tanışının qabağında dayanıb bir müddət yerində oynayarsa, həmin "tanış" ona pul verməlidir.

Bəy oğlan və gəlin ayrı-ayrılıqda (ötən zamanlar onların bir yerdə rəqs etməsi qəbahət və hörmətsizlik sayılardı) öz toylarında oynadığı zaman bu adət ən yüksək zirvəyə çatır. Qız toyunda gəlin oynadıqda onun yengəsi: "ay şabaş, gəlin başına verin a..., toy yiyəsinin başına, ay şabaş, qız bacısının başına, verin a...bu oynayan gözəlxanımın başına, ay şabaş verin a...", yaxud "ay şabaş, gəl yavaş-yavaş! Sağ olsun şabaş verənlər, var olsun oynayanlar, ay şabaş" və s. sözlərlə hay-haray salaraq, məclisdəkiləri pul verməyə təhrik edir, sonra ucadan "qız anası gəlin başına beş manat, ay şabaş" deyərək, pulun kim tərəfindən veriidiyini bildirir.

Oğlan toyunda isə bəy oğlan oynamağa başladıqda onun ən əziz adamları, bir qayda olaraq, ona pul verməyə can atırlar. Bəziləri, hamı görsün deyə, bəyin papağını qaldırıb pulu onun alnına yapışdırır, digərləri isə onu öpüb pulu astaca cibinə basırlar. Bəy isə onları xanəndə və çalğıçıların üstünə atır, bəzən isə özünə götürür.

Keçmişdə bəyin boynuna xələt salmaqla kifayətlənmişlər. Ötən çağların varlı toylarında xanəndə və rəqqaslara pul atmaq təhqir sayılmışdır. Əski ədəbi mətnlərdə nisar adı ilə qeyd olunan bu tədbirdə metal pul (qəpik-quruş), çiçək yarpağı biçimində xırda və nazik qızıl təbəqələrdən istifadə olunmuşdur.

Ayrı-ayrı yeriərdə onun "şabbaş / şavaş / şeyşavaş" (Şəki) və "haşşabaş" deyiliş tərzləri də mövcuddur.
Cemi 243 nefer oxuyub
Beyen(53) | Beyenme(53)
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Şabaş məqaləsini oxu


Şabaş, Evlilik Mərasimi, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Şabaş, yukle

Saytda 113 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021