Şabaş

Şabaş


verin a...", yaxud "ay şabaş, gəl yavaş-yavaş! Sağ olsun şabaş verənlər, var olsun oynayanlar, ay şabaş" və s. sözlərlə hay-haray salaraq, məclisdəkiləri pul verməyə təhrik edir, sonra ucadan "qız anası gəlin başına beş manat, ay şabaş" deyərək, pulun kim tərəfindən veriidiyini bildirir.

Oğlan toyunda isə bəy oğlan oynamağa başladıqda onun ən əziz adamları, bir qayda olaraq, ona pul verməyə can atırlar. Bəziləri, hamı görsün deyə, bəyin papağını qaldırıb pulu onun alnına yapışdırır, digərləri isə onu öpüb pulu astaca cibinə basırlar. Bəy isə onları xanəndə və çalğıçıların üstünə atır, bəzən isə özünə götürür.

Keçmişdə bəyin boynuna xələt salmaqla kifayətlənmişlər. Ötən çağların varlı toylarında xanəndə və rəqqaslara pul atmaq təhqir sayılmışdır. Əski ədəbi mətnlərdə nisar adı ilə qeyd olunan bu tədbirdə metal pul (qəpik-quruş), çiçək yarpağı biçimində xırda və nazik qızıl təbəqələrdən istifadə olunmuşdur.

Ayrı-ayrı yeriərdə onun "şabbaş / şavaş / şeyşavaş" (Şəki) və "haşşabaş" deyiliş tərzləri də mövcuddur.
<< 1 [2]
Cəmi 952 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024