Şabaş

Şabaş


Toy və nişan məclislərində rəqs edənlərin başı üzərində havaya atılan, onların ayağı altına səpilən, yaxud ağzına, əlinə verilən, eləcə də xanəndə və çalğıçıları həvəsləndirmək üçün onların önünə atılan kağız pul.

Bir qayda olaraq, yığılan şabaş ya musiqiçilərə, ya da toy sahibinə çatır onlar bunu öz aralarında toydan əvvəl razılaşdırırlar.

Rəqs bitdikdə, oynayanlar əllərindəki pulları çalğıçıların qabağına, adətən, burada açıq qoyulmuş bir musiqi alətinin (dəfin, qarmonun) qabına atırlar. Yerə səpələnmiş pulları da bu vaxt yığıb həmin qutuya atırlar (bu iş, adətən, bir-iki gəncin öhdəsində olur). Bəzi qonaqlar onlara verilən şabaşı özlərində saxlayırlar. Bəzən də rəqs bitdikdə toyxananın ortasında "zirək" uşaqlar peyda olurlar: yerə səpələnmiş pullardan bir az yığıb tez aradan çıxmağa cəhd göstərirlər. Adətən, əli çubuqlu fərraşdan başqa bu uşaqları qovan olmur.

Şabaş vermək məclisdə rəqs edən qohum-qardaşın, yaxın dost-tanışın və ya rəqqasın gözəl oyununu qiymətləndirmək, ona həmişə şadlıq içində yaşamağı arzulamaq hissindən ani doğan hərəkətdir. Hər iki tərəf onu həmişə sevinc və razılıq hissilə qarşılayır və əksinə, oynayan şəxsə heç kəs pul verməzsə, o çox pərt olub xəcalət çəkir.

Qaydaya görə, rəqs edən şəxs tanışının qabağında dayanıb bir müddət yerində oynayarsa, həmin "tanış" ona pul verməlidir.

Bəy oğlan və gəlin ayrı-ayrılıqda (ötən zamanlar onların bir yerdə rəqs etməsi qəbahət və hörmətsizlik sayılardı) öz toylarında oynadığı zaman bu adət ən yüksək zirvəyə çatır. Qız toyunda gəlin oynadıqda onun yengəsi: "ay şabaş, gəlin başına verin a..., toy yiyəsinin başına, ay şabaş, qız bacısının başına, verin a...bu oynayan gözəlxanımın başına, ay şabaş
[1] 2 >>
Cəmi 947 nəfər oxuyub
Bəyənən (187) | Bəyənməyən (198)
Dostlarınla Paylaş

Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023