Ginnesin rekordlar kitabına düşən Azərbaycanlılar

Ginnesin rekordlar kitabına düşən Azərbaycanlılar


Bu kitabı bütün dünyada tanıyırlar – “Ginnesin Rekordlar Kitabı”nı. İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunan rekordlar kitabı, hazırda dünyanın 100-dən çox ölkəsində 24 dildə çap edilir. Bu kitab insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuədir.

”Ginnesin Rekordlar Kitabı”nı Azərbaycanın gündəminə bu yaxınlarda Gürcüstanın Borçalı mahalında yaşayan azərbaycanlı, «Maqnit adam» ləqəbi ilə tanınan Etibar Elçiyev gətirdi. Öz bədəni ilə dəmir əşyaları saxlamağı bacaran Etibar Elçiyev bir dünya rekorduna imza ataraq, “Ginnesin rekordlar kitabı”nın 2014-cü il üçün hazırlanmış versiyasına düşməyi bacarıb.
Etibar Elçiyev bədənindəki xüsusi maqnit cazibəsinin köməyi ilə eyni vaxtda bədənində saxladığı metal qaşıqları sayına görə üzrə dünya rekordu vurub. «Maqnit adam» bədənində eyni vaxtda 50 qaşıq saxlayıb.
Fəxrəddin Vəliyev: Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin rekordlar kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) çəkməklə bu nailiyyətə çatıb. F.Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib.
Onun 1992-ci və 1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgiləri təşkil edilib.
2003-cü ilin dekabr ayında Brüsseldəki məşhur "Belqium" muzeyində Belçika kraliçası Fabiolanın rəsmini çəkib. Əsər kraliçanın çox xoşuna gəlib və o, həmyerlimizə məktub vasitəsi ilə öz təşəkkürünü bildirib.
Vətənimizin Belçikada tanınması sahəsində yorulmadan təbliğat aparan F.Vəliyev həm də bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.

Ələsgər
[1] 2 >>
Cəmi 1700 nəfər oxuyub
Bəyənən (203) | Bəyənməyən (194)
Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024