Qadın xəstəliklərinin psixologiyası

Qadın xəstəliklərinin psixologiyası


Nə üçün qadınlar aybaşı tsiklinin müəyyən günlərində ağlağan olur, hər şeydən qıcıqlanırlar? Çünki, fizioloji proseslər birbaşa psixikada dəyişikliklərə təsir göstərir və ya əksinə! Nə qədər qəribə olsa da, əksər qadın xəstəliklərinin əsas səbəbi elə budur. Ağ ifrazatın gəlməsi qadının öz partnyoruna təsir göstərməyi bacarmadığı üzündən ona qarşı qəzəbini sübuta yetirir. Sonsuzluq - həyat yoldaşını qəbul etməməsi və onun övladlarını dünyaya gətirmək istəməməsindən yarana bilər.Ağrılı aybaşılar qadının sevgiyə, nəvazişə ehtiyacı olduğuna işarədir. Eyni zamanda bu, günahkarlıq hissi və öz zəifliyini göstərməmək istəyi ilə də bağlı ola bilər.Vaginit qadının özünü cəzalandırmaq istəyini, onun seksual cəhətdən təmin olunmadığını göstərir.Uşaqlıq yolundakı qaşınma və göynərti gerçəkləşməmiş arzulardır.Ya da qadın öz iradəsinə zidd hərəkət etməli olur.Kista - kişiyə bəslənən incikliklərin artması, pis fikirlər, inkişafın arzuolunmayan istiqamətdə getməsinə işarədir. Xəstəliyin öhdəsindən gəlməyə özünüzə kömək etmək ötrü xəstəliyinizin hansı hadisələrdən sonra başladığını yada salmağa çalışın. Fikirləşin ki, öz xəstəliyinizlə əlaqədar nələri hiss edirsiniz, vücudunuz nəyə işarə edir? Ola bilsin ki, sizin nəyəsə ehtiyacınız var, nəsə demək istəyirsiniz, öz hisslərinizi gizlədirsiniz, xəyallarınızı gerçəkləşdirmək istəyiniz yoxdur... Bəzən xəstəliyin psixoloji səbəbini dərk etmək vəziyyətin yüngülləşməyinə təkan verir. Gimnastika köməyinizə çatar: Masaj və gimnastika durğunluğun qarşısını alır, çünki onlar qan dövranını və limfa axınını yaxşılaşdırır. Qadın orqanlarını adi qaydada masaj etmək demək olar ki, mümkün deyil. Amma digər üsullarla da onların qayğısına qalmaq olar.
[1] 2 >>
Cəmi 582 nəfər oxuyub
Bəyənən (109) | Bəyənməyən (110)
Dostlarınla Paylaş

Saytda 235 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024