Bu gün 5 məqalə əlavə olundu
Geniş Kitabxana
Qadın xəstəliklərinin psixologiyası
Nə üçün qadınlar aybaşı tsiklinin müəyyən günlərində ağlağan olur, hər şeydən qıcıqlanırlar? Çünki, fizioloji proseslər birbaşa psixikada dəyişikliklərə təsir göstərir və ya əksinə! Nə qədər qəribə olsa da, əksər qadın xəstəliklərinin əsas səbəbi elə budur. Ağ ifrazatın gəlməsi qadının öz partnyoruna təsir göstərməyi bacarmadığı üzündən ona qarşı qəzəbini sübuta yetirir. Sonsuzluq - həyat yoldaşını qəbul etməməsi və onun övladlarını dünyaya gətirmək istəməməsindən yarana bilər.Ağrılı aybaşılar qadının sevgiyə, nəvazişə ehtiyacı olduğuna işarədir. Eyni zamanda bu, günahkarlıq hissi və öz zəifliyini göstərməmək istəyi ilə də bağlı ola bilər.Vaginit qadının özünü cəzalandırmaq istəyini, onun seksual cəhətdən təmin olunmadığını göstərir.Uşaqlıq yolundakı qaşınma və göynərti gerçəkləşməmiş arzulardır.Ya da qadın öz iradəsinə zidd hərəkət etməli olur.Kista - kişiyə bəslənən incikliklərin artması, pis fikirlər, inkişafın arzuolunmayan istiqamətdə getməsinə işarədir. Xəstəliyin öhdəsindən gəlməyə özünüzə kömək etmək ötrü xəstəliyinizin hansı hadisələrdən sonra başladığını yada salmağa çalışın. Fikirləşin ki, öz xəstəliyinizlə əlaqədar nələri hiss edirsiniz, vücudunuz nəyə işarə edir? Ola bilsin ki, sizin nəyəsə ehtiyacınız var, nəsə demək istəyirsiniz, öz hisslərinizi gizlədirsiniz, xəyallarınızı gerçəkləşdirmək istəyiniz yoxdur... Bəzən xəstəliyin psixoloji səbəbini dərk etmək vəziyyətin yüngülləşməyinə təkan verir. Gimnastika köməyinizə çatar: Masaj və gimnastika durğunluğun qarşısını alır, çünki onlar qan dövranını və limfa axınını yaxşılaşdırır. Qadın orqanlarını adi qaydada masaj etmək demək olar ki, mümkün deyil. Amma digər üsullarla da onların qayğısına qalmaq olar. Şərq rəqsləri, xüsusilə də göbək rəqsi bu məqsədə daha çox uyğun gəlir. Müntəzəm cinsi həyat da qadın sağlamlığının mühüm şərtidir. Çünki, cinsi əlaqə zamanı daxili orqanların təbii masajı baş verir. Xüsusi hərəkətlər uşaqlıq əzələlərini və çanaq əzələlərini məşq etdirir. Bu hərəkətlər qadının doğuş sancılarını yüngülləşdirir, həmçinin yaşla əlaqədar sidiyi saxlaya bilməmək simptomunun qarşısını alır.
Cemi 121 nefer oxuyub
Beyenen (25) | Beyenmeyen (25)
Paylaş:
Qarışıq Məqalələr
Dostlarınla Paylaş

Qadın xəstəliklərinin psixologiyası - Qarışıq Məqalələr
Qadın xəstəliklərinin psixologiyası məqaləsini oxumaq üçün daxil olun
Qadın xəstəliklərinin psixologiyası, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 223 nəfər
xml | xml2 | html | ror
©Tatli.Biz 2010-2021