Qadınlarda klimaks dövrü

Qadınlarda klimaks dövrü


Qadınların 70 faizində bu qızartılar vaxt keçdikcə yox olur. Ancaq onların 30 faizində sözügedən ləkələr ömürlük qalır. Ümumiyyətlə, klimakterik dövrdə dəri öz elastikliyini, təravətini itirir. Bunun üçün dəriyə daim qulluq etmək lazımdır. Klimakterik dövrdə qidalanmaya diqqət Bəzən qadınlar klimaks dövrünü rahat keçirmək üçün özlərini bəzi tərəvəzlərlə, otlarla müalicə etmək niyyətinə düşürlər, bu isə çox təhlükəlidir. Qadınlar daha çox tərkibində kalsium olan tərəvəzlər yeməlidir. Ən əsası isə qan artıran tərəvəzlərdən, nar, albalı kimi meyvələrdən uzaq olmalıdırlar. Klimakterik dövrdə çox isti çay və kofe içməyin, günəş altında az gəzin. Tərkibində yağ olan yeyinti məhsullarından az istifadə edin. Erkən klimaks Tibb elmində klimaks dövrünü erkən yaşlarda başlayan xanımlara da rast gəlinir. Erkən klimaks normal hal deyil. Bəzən 30 yaşında klimaks dövrünə girən xəstələr olur. Bu, insan ömrünü 10 il azaldır. Erkən klimaks dövrü ən çox 30 yaşına kimi ana olmayan qadınlarda müşahidə olunur. Siqaret çəkən qadınlarda da klimaks dövrü 3 il erkən başlayır. Çünki siqaret və spirtli içki yumurtalıqların kiçilməsinə səbəb olan amillərdəndir. Eyni zamanda vegeterianlarda da klimaks dövrü erkən başlayır və çox ağır keçir. Kişilərdə də klimakterik dövr olur El arasında çox yayılmasa da tibb elmində kişilərdə də klimakterik dövrün olduğu müəyyənləşdirilib. Belə olduqda yaşlı kişilərin qadınlarına olan istəkləri azalır. Klimaks dövründə olan kişilərdə gənc qızlara meyillilik artır. Ancaq bu hal uzun davam etmir. Kişilər klimaks dövrünü qadınlar qədər çətin keçirmir. Dünyada 25 milyondan çox qadın klimaks dövrünü lap ağır keçirir. Onların 15 % isə bu dövrdə yaranan xəstəliyə tab gətirə bilmir və dünyasını dəyişir.
<< 1 2 [3] 4 >>
Cəmi 1789 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024