Qadınların ehtiyyacı olan vitaminlər

Qadınların ehtiyyacı olan vitaminlər


15-20 yaş: Bu dövrdə orqanizm aldığı qidalar vasitəsilə vitamın və minerallarla təmin edilir. Lakin yetkinlik dövründə yaşanan hormonal dəyişiklik və dəridə olan problemlərə qarşı A vitamini qəbul edilə bilər. Aybaşı zamanı itirilən qan və müxtəlif dietalar qadınlarda qan azlığına səbəb ola bilər. Qan azlığı üçün dəmir mənbəyi olan qırmızı ət,brokoli kələmi və ispanaq yeyilməsi məsləhət görülür. 20-30 yaş: Əsasən bu yaş qadınların ana olmağa hazırlaşdığı dövrdür. Bu zaman fol turşusu, D vitamini, Ca-la zəngin süd məhsulları, brokoli kələmi və balqabaq yemək məsləhət görülür. 30-40 yaş: Bu yaşda vitamin ehtiyacı bir qədər dəyişir, antioksidant xüsusiyyətə malik olan C və E vitaminləri ilə zəngin qidalar qəbul edilməlidir. D vitamini də bu dövrdə ehtiyac olan vitaminlərdəndir. Antioksidant vitaminlər saglamlığınızı qoruyarkən, eyni zamanda dəri qocalmasının da qarşısını alır. 40-50 yaş: Bu dövrdə əvvəlki vitaminlərlə yanaşı E vitaminin qəbulu artırılmalıdır. Bu, qadınların sinir və qan-damar sisteminə yaxşı təsir edir. 50-60 yaş: Qadınların bu dövrdə Ca və D vitaminini artıran qidalara ehtiyacı var. B 12 vitamını də qadın sağlamlığı üçün bu dövrdə böyük əhəmiyyətə makidir. Qeyd: Yaxşı olar ki, bütün vitaminləri qida vasitəsilə qəbul edəsiniz. Dərman qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin. Çünki sizdə hansı vitaminin az, hansının çox olduğunu bilmirsiz. Sonrakı fəsadlardan özünüzü sığortalayın.
Cəmi 514 nəfər oxuyub
Bəyənən (103) | Bəyənməyən (98)
Dostlarınla Paylaş

Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023