Nigar Rəfibəyli

Nigar Rəfibəyli


Əlcəzair xalqının milli-azadlıq mübarizəsindən bəhs edən qüvvətli lirik əsərlərindəndir. Yaradıcılıqla məşğul olan Nigar Rəfibəyli 1937-1939-cu illərdə "Uşaqgəncnəşr"in bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsində çalışıb. 1940-cı ildən ömrünün sonunadək bütün qüvvəsini yaradıcılıq işinə həsr edərək, qardaş xalqlar ədəbiyyatından (Nəvai, Şiller, Puşkin, Lermontov, Çexov, Şevçenko və başqaları) bədii tərcümələr etməklə milli mədəniyyət xəzinəmizi zənginləşdirmişdir. Yaradıcılıq dövründə Nigar Rəfibəyli xidmətlərinə görə "Şərəf nişanı" ordeni və medallarla təltif olunmuşdur. Nigar Rəfibəylinin həyat və yaradıcılığı, onun həzin hisslər və incə duyğular tərənnüm edən poeziyası nəinki milli ədəbiyyat tariximizdə özünəməxsus yer tutmuş, eyni zamanda, böyük şair, ictimai xadim Rəsul Rzanın həyat və yaradıcılığına belə əsaslı təsir etmişdir. O, Azərbaycanın xalq şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır. Bu ailənin övladı Azərbaycan xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar da öz əcdadlarının, anasının, atasının sənət yolunu davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir. Bir ailənin üç üzvü Azərbaycanın sevilən- seçilən nümayəndəsinə çevrilib. Bir ailədə üç xalq yazıçısı - Rəsul Rza, Nigar xanım Rəfibəyli və Anar. Bu, əlbəttə, bir şəcərənin tarixi üçün böyük bir səltənətdir. Yaradıcılıq dövründə Nigar Rəfibəyli xidmətlərinə görə "Şərəf" nişanı ordeni və medallarla təltif olunmuşdur.Gözəl insan, unudulmaz şairəmiz Nigar xanım Rəfibəyli 1981-ci il iyulun 9-da Bakıda vəfat etmişdir. Hal-hazırda Bakı küçələrindən biri onun adını daşıyır. Mən könül mülkünün
<< 1 2 [3] 4 >>
Cəmi 670 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024